Mehriban Əliyeva Moskvaya səfər edəcək

Mehriban Əliyeva Moskvaya səfər edəcəkMehriban Əliyeva Moskvaya səfər edəcək
Noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.
Oxu.Az xəbər verir ki, noyabrın 23-də VDNX-nin Kosmonavtika və Aviasiya Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər.
Tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən "Roskonqres" Fondunun yardımı ilə təşkil ediləcək.
Rusiya-Azərbaycan Regionlararası Forumu dialoq üçün unikal bir platformadır. Noyabrın 22-də forumun işgüzar proqramını Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar.
Proqrama Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının iclasları, habelə nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirməsinə dair dəyirmi masalar daxildir.
Rusiya Prezidentinin müşaviri Anton Kobyakov deyib ki, forum Rusiya ilə qonşu respublikaların, o cümlədən, Qazaxıstan, Tacikistan, Azərbaycan, Qırğızıstan arasında əlaqələrinin inkişafına yönəlmiş addımların davamıdır.
"Buna görə də əsas məqsəd hökumət və iki dövlətin biznes nümayəndələri arasında sərbəst ünsiyyət üçün şəraitin yaratmaqdır", - A.Kobyakov əlavə edib.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksin Oreşkin isə qeyd edib ki, ölkələr arasındakı yüksək səviyyəli qarşılıqlı əlaqə təkcə müvafiq qurumların birgə işi deyil:
"Bu, həm də mövcud problemlərin həllində və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməkdə fəal iştirak edən birliyin qətiyyəti ilə bağlıdır. Rusiya və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini və kənd təsərrüfatı sektorunda vahid əməkdaşlıq sisteminin formalaşmasını davam etdirəcək.
Ölkələrimizin qarşısında nəqliyyat, texnoloji modernləşdirmə sahəsində böyük vəzifələr durur. Turist axınının və qarşılıqlı səfərlərin çoxalması istiqamətində işlər görülür. Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi davam edir".
Qeyd edək ki, 2018-ci ildə keçirilən forum Rusiya və Azərbaycan dövlət orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, təhsil və elm müəssisələrinin, medianın mindən çox nümayəndəsini bir araya gətirmişdi.
Forum zamanı 17 müqavilə imzalanmışdı.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler sou xeberler bugun xeber.az 2026 sonxeber.az