Mehriban Əliyevanın Rusiyaya səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin sübutudur - ŞƏRH

Mehriban Əliyevanın Rusiyaya səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin sübutudur - ŞƏRHMehriban Əliyevanın Rusiyaya səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin sübutudur - ŞƏRH
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri Bakı ilə Moskva arasında əlaqələrin bütün sferalarda daha da dərinləşməsi baxımından önəmlidir.
Birinci vitse-prezidentin səfəri istər iqtisadi-siyasi, istər mədəniyyət, istərsə də idman sahəsində mövcud əməkdaşlığın keyfiyyət baxımından yeni mərhələyə keçməsinə zəmin yaradır.
Mehriban Əliyevanın noyabrın 21-də "Lujniki" Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanışlığı sözün müsbət mənasında müzakirələrə səbəb olub.
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova M.Əliyevanın Gimnastika Mərkəzinə gəlməsini yüksək qiymətləndirib.
Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin böyük tarixi köklərə malik olduğunu bildirən Usmanova onu da əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya ilə münasibətlərdə böyük rola malikdir.
Ümumiyyətlə, Azərbaycanla Rusiya iqtisadi-siyasi əlaqələri dərinləşdirmək üçün nümunəvi siyasi münasibətləri gücləndirib. Bu əlaqələrin böyüməsi fonunda humanitar, turizm sahəsində olan münasibətlər də inkişaf edir.
Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əli Hüseynli "Vestikavkaza" portalına müsahibəsində bildirib ki, hər iki ölkədə turizm çox sürətlə inkişaf edir.
Onun fikrincə, Birinci vitse-prezident Mehriban Əliyevanın X Rusiya-Azərbaycan Regionlarası Forumu çərçivəsində Moskvaya səfəri, Rusiya rəhbərliyi ilə görüşləri ölkələr arasında təmaslarda keyfiyyətcə yeni mərhələnin sübutudur.
Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Rusiya liderinin Azərbaycanın Birinci vitse-prezidentinə "Dostluq" ordenini təqdim etməsi də bunun göstəricisidir.
Rusiya lideri görüşdə qeyd edib ki, Baş nazir Dmitri Medvedev Mehriban Əliyeva ilə keçirdiyi görüş barədə ona məlumat verib.
"Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz, demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq", - deyə V.Putin əlavə edib.
Statistikaya nəzər salsaq, görərik ki, son zamanlar Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşlarından birinə çevrilib.
Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına beş milyard dollar, ölkəmiz isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib.
O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada münbit şərait yaradılıb.
M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.
İqtisadiyyat naziri Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.
X Rusiya-Azərbaycan Regionlararası Forumu hökumət və biznes nümayəndələri arasında ünsiyyət üçün də mühüm platformadır.
"Bu, işimizi əlaqələndirməyə, qarşılıqlı ehtiyacları daha yaxşı anlamağa və mövcud problemlərin tez bir zamanda həllinə kömək edəcək", - bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin "Moskva-Bakı" portalına müsahibəsində söyləyib.  
2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri arasında aparılan danışıqlar nəticəsində imzalanmış beş "yol xəritəsi" üzrə işlər yaxşı nəticələr verməyə başlayıb.
2019-cu ilin səkkiz ayında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 25.7 faiz artaraq, 1.9 milyard dolları keçib.
Rusiyadan Azərbaycana məhsul ixracı 30.7 faiz artaraq, 1.4 milyard dollar təşkil edib. Rusiyanın Azərbaycandan idxal etdiyi məhsulların həcmi isə 14.5 faiz artaraq, 546.7 milyon dollara çatıb.
Mehriban Əliyevanın Rusiya-Azərbaycan regionlararası forumla bağlı səfəri isə bu əlaqələrin əhəmiyyətini daha da artırır.
Hazırda isə iki ölkənin də gündəmində dayanan məsələ turizm sahəsində əlaqələrin gücləndirilməsidir.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib ki, turizm ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir.
"Həqiqətən də, ruslar Azərbaycana nə qədər çox qonaq gəlsələr, o qədər də ölkəni çox sevəcəklər. Bir rus atalar sözü var: "On dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır". Azərbaycana girən ruslar oradan laqeyd qayıtmırlar. Bu, çox vacibdir", - deyə D.Savelyev əlavə edib.
Yaxın perspektivdə Azərbaycanla Rusiya arasında turizm sahəsində münasibətlərin daha da dərinləşəcəyini söyləmək olar.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan