Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY

Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏYMehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY
Noyabrın 16-da UNESCO Günü qeyd olunur. 1945-ci ilin həmin günü Londonda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) yaradılaraq 37 dövlətin imzası ilə Nizamnaməsi qəbul edilib. Yeni beynəlxalq təşkilatın bəşəriyyətin əqli və əxlaqi həmrəyliyini təmin etməklə dünya müharibəsi ehtimalının qarşısını almaq məqsədi daşıdığı güman olunurdu.
Azərbaycan BMT-nin bu tabe təşkilatına 3 iyun 1992-ci il tarixində üzv olub. Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri fəxri adına layiq görüldükdən sonra Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq əlaqələri daha da güclənib. Belə ki, Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə həm ölkədə, həm də xaricdə maddi və qeyri-maddi mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı mühüm işlər görülür.
UNESCO-nun xoşməramlı səfirləri və təşkilatın "Sülh artisti"ləri Azərbaycanın UNESKO-dakı fəaliyyətinə dair fikirlərini Report-la bölüşüblər. Həmin fikirləri təqdim edirik.
Elisso Bolkvadze - UNESCO-nun xoşməramlı səfiri və təşkilatın "Sülh artisti":
"Mən 2015-ci ildən UNESCO-nun sülhməramlı artistiyəm. Azərbaycan UNESCO səviyyəsində çox yüksək fəallıq nümayiş etdirir. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. Onun fəaliyyəti, ilk növbədə, Azərbaycanı, onun zəngin mədəniyyətini, qədim tarixini, incəsənətini, musiqisini dünyaya tanıtdırmaqdan ibarətdir.
UNESCO-da mütəmadi olaraq Azərbaycana həsr edilmiş tədbirlər keçirilir. Digər tərəfdən, Azərbaycan Avropaya inteqrasiya yolunu seçərək onun dəyərlərini sərhədləri daxilində inşikaf etdirir.
Demokratiyanın, insan hüquqlarının, qadın hüquqlarının inkişafına xüsusi əhəmiyyət verən bu gənc ölkə öz təcrübəsini daim digər ölkələr ilə bölüşür, hər zaman mübadilələrə böyük maraq və yüksək aktivlik nümayiş etdirir.
Nəhayət, müşahidə etdiyim bir cəhət də Azərbaycanın istər Bakıda, istərsə də xarici ölkələrdə keçirilən çoxlu sayda tədbirlərin təşəbbüskarı və təşkilatçısı olmasıdır ki, bu da xalqlar arasında dialoqu stimul və inkişaf etdirir. Arzu edərdim ki, digər ölkələr də UNESCO çərçivəsində Azərbaycan kimi fəal olsunlar".
Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY Elisso Bolkvadze
Amri Aminov - UNESCO-nun xoşməramlı səfiri, təşkilatın "Sülh artisti":
"Keçmiş SSRİ respublikaları arasında Azərbaycan qədər UNESCO tərkibində aktiv fəaliyyət göstərən ölkə yoxdur. Azərbaycan təşkilat tərəfindən həyata keçirilən layihələrin əsas iştirakçılarındandır və beynəlxalq əlaqələrin qurulması üçün çox çalışır. Beləliklə, UNESCO-nun fəaliyyətinə yaxından dəstək verir.
Azərbaycan dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılmasında yaxından iştirak edir. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti gözümüzün qabağındadır. Fond bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Azərbaycan özü düz yoldadır və digər ölkələrə də gözəl nümunə olur".
Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏYEdva Ser - UNESCO-nun xoşməramlı səfiri, təşkilatın "Sülh artisti":
"Azərbaycan xalqı mehriban, səmimi və gözəl bir xalqdır. Bu səbəbdən ölkə əhalisi mehriban və sülh şəraitində yaşayır. Təsadüfi deyil ki, üç dinə məxsus insanlar bir-biri ilə anlaşır, bir-birini başa düşür və hörmət edir. Digər ölkələrə nümunə olan Azərbaycan sivilizasiyalararası dialoq, multikulturalizm və sülh ənənələrinin möhkəmlənməsində UNESCO tərkibində xüsusi rolu oynayır".
Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏYMehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏYMehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏYMehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY

Siyasi       Tarix: 16 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan