Məktəblərdə pul yığılır? - Nazirdən sərt açıqlama
"Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır".
azxeber.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, müxtəlif zamanlarda ayrı-ayrı məktəblərdə belə hallarla bağlı şikayətlər olur və bunlar araşdırılır
"Burada iki məsələ xüsusi qeyd olunmalıdır. Məktəblərdə hansısa səbəbdən pul yığılması yolverilməz haldır və bu, dəfələrlə deyilib. Sistem böyükdür. 4400 məktəbin hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılır. Biz həmin adamların müvafiq cəza almasının tərəfdarıyıq".
Nazir vurğulayıb ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şamil etmək düz deyil:
"Belə bir ümumiləşdirmə ən azı məntiqli deyil. Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat verəcəyik. Bizim hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübutlar olmadıqda bunu təsdiq etmək çətin olur. Bu halda cəza tədbiri görüləndə direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Biz çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyi kimisə işdən çıxarır deyə bir anlayış yoxdur".

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır