Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? - AÇIQLAMA
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən məktəblərin əksəriyyətində övladlarının işləri ilə bağlı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər ora buraxılmır.
İddia edilib ki, buna Təhsil Nazirliyi tərəfindən Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verilib.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Azxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən valideynlərə COVID-19 pasportu ilə bağlı heç bir tələb qoyulmayıb:
"Nazirlik yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoyub".
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR