Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? - DİN araşdırmalara başladı
Son günlər məktəblərin qarşısında uşaqlara narkotik vasitələrin verilməsi ilə bağlı iddialar yayılır.
Bu barədə "WhatsApp" sosial şəbəkəsində səs yazıları yayımlanır.
Bildirilir ki, məktəblərin ərazisində uşaqlara konfet verməklə narkotik vasitələrə cəlb edirlər.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, quruma belə halın olması ilə bağlı məlumat daxil olmayıb:
"Yayılan səs yazısı faktsızdır. Təxribat məqsədi daşıyır. Ölkə ərazisində bu və digər hallarla bağlı əməliyyat şəraitinə fasiləsiz nəzarət olunur, daxil olan bütün məlumatlar dərhal yoxlanılır. Sosial şəbəkələrdə yayılan bu səs yazısı ilə bağlı araşdırmalar aparılır".

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq
Samuxda "MAZ" çaya aşdı - Ölən və xəsarət alanlar var
Ucuz generator almağın hansı riskləri var?
Sumqayıtda evdən cansız bədən TAPILDI
İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ