Melek Çakmak: "FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir"
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq proqramı çərçivəsində 2019-cu ildə ekologiya və təbii ehtiyatlar sahəsində 6 iri layihənin reallaşdırılması uğurla davam edib.
Milli.Az xəbər verir ki, bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.
O bildirib ki, FAO ilə Azərbaycan arasında 2016-cı ildə imzalanmış və 2020-ci ilin sonuna kimi nəzərdə tutulmuş Tərəfdaşlıq proqramı çərçivəsində layihələrin reallaşdırılması davam edəcək:
"Hazırda ofisimiz üç əsas proqram üzrə müxtəlif layihələr reallaşdırır. Meşəçilik, iqlim dəyişikliyi və balıqçılıqla bağlı təbii ehtiyatların idarə olunması proqramı çərçivəsində uğurlu nəticələr əldə edilib".
M.Çakmak bildirib ki, FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cari islahatlarını, eləcə də Qlobal Ekologiya Fondu və FAO, Türkiyə Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üçtərəfli əməkdaşlığının vəsaiti hesabına meşələrin təkrar qeydiyyatı və idarə olunması üzrə planların hazırlanmasını dəstəkləyir:
"Digər tərəfdən, 2019-cu ildə biz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən iki iri layihənin reallaşdırılmasına başlamışıq. Bu layihələrin əsas məqsədi ölkədə kənd təsərrüfatında məsləhət xidməti sisteminin formalaşdırılması, eləcə də yerli məhsulun dayanıqlı istehsalının təmin olunmasıdır".
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar