Melkonyan: "Ermənilərin gözləntiləri özünü doğrultmayacaq"

Melkonyan: "Nyu-Yorkda BMT TŞ-nin növbədənkanar iclasında ermənilərin gözləntiləri özünü doğrultmayacaq".
KONKRET.azxəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib. O, Teleqram kanalında Ermənistanın cəhdinin mənasız olduğunu yazıb. Melkonyan gözləntilərin özünü doğrultmayacağı səbəblərini belə izah edib:
1. Qarabağdakı vəziyyətə görə oxşar görüşlər artıq planlaşdırılıb. Buna baxmayaraq, bəyanatların və müzakirələrin mətnləri bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Albaniya və başqa ölkələr tərəfindən artıq redaktəyə məruz qalıb.
2. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız Fransa Azərbaycanın mövqeyini birmənalı tənqid edib. Digər tərəflərin Bakıya təzyiq göstərmək istəmədiyini nəzərə alsaq, görüş zamanı sərt mövqe gözləmək də lazım deyil.
3. Bəyanatların və ya qətnamələrin qəbulu TŞ üzvləri arasında konsensus yolu ilə mümkündür. Bu gün bir tərəfdə Rusiya və Çin, digər tərəfdə isə ABŞ, Fransa və Böyük Britaniya var. Ümumi mətnlə razılaşmaq çətin olacaq.
4. Şuranın 10 qeyri-daimi üzvü (Albaniya, Braziliya, Qabon, Qana, Malta, Mozambik, BƏƏ, İsveçrə, Ekvador və Yaponiya) arasında yalnız 2 ölkə – BƏƏ və Malta ilə diplomatik iş aparılıb. Ermənistan Xarici İşlər Nazirliyi yuxarıda qeyd olunan ölkələrin diplomatları əvəzinə faktiki olaraq Xorvatiya, Macarıstan, Belçika, İrlandiya, Kipr, Yunanıstan, İspaniya və Litvadan olan həmkarlarını Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb.
5. Yekun mətn qəbul ediləcəyi təqdirdə, orada "Azərbaycanın tərkibində olan Qarabağ" ifadəsi təsbit ediləcək.
Göründüyü kimi, Ermənistanın bu cəhdi də nəticəsiz qalacaq və düşmən ölkə diplomatik sahədə də məğlub olacaq. Amma bununla belə Ermənistanın təxribatlarından əl çəkəcəyi ağlabatan deyil. Diplomatik sahədə uduzan ermənilər yenidən burunlarını hərb meydanına soxmağa çalışacaqlar. Orada da başları əziləcək.
Vəli Həsənov,
KONKRET. az

Siyasi       Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xeberler bu gun ən son xəbər şou biznes xəbərləri