Məmurlara "İphone"dan qurtulmaq tövsiyə olundu
Rusiya prezident administrasiyasının əməkdaşlarından Amerikanın "Apple" şirkətinin smartfonlarından qurtulmaq tövsiyə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Kommersant nəşri yazıb.
Nəşrin materialında bildirilir ki, prezident administrasiyasının əməkdaşları artıq bunun bağlı bildiriş alıb, regiondakı məmurlar isə tezliklə Amerika smartfonlarının fərqli əməliyyat sistemli telefonlarla əvəzlənməsi ilə bağlı tövsiyələr alacaqlar.
Mart ayında Moskva vilayətində keçirilən seminar zamanı rəsmilərə aprelin əvvəlinə qədər iPhone-dan qurtulmalı olduqları bildirilib. İclasda iştirak edənlərdən biri "Kommersant"a bildirib ki, "iPhone ilə qurtarın: "Ya onu atın, ya da uşaqlara verin. Hamı bunu mart ayında etməli olacaq".
"Kommersant"ın digər həmsöhbəti bildirib ki, prezident administrasiyasının əməkdaşları qadağanın zəruriliyini müzakirə ediblər, lakin yekun qərarı aprelin 1-dək Amerika smartfonlarından xilas olmaq qərarına gələn Administrasiya rəhbərinin birinci müavini Sergey Kiriyenko verib.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu tədbirlər təhlükəsizlik məqsədilə həyata keçirilir, çünki "Apple" məhsulları "digər smartfonlarla müqayisədə Qərb mütəxəssisləri tərəfindən "sındırılmağa" və casusluğa daha çox həssasdır".//APA
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir