Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏR

Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRVaxtilə müxtəlif nazirliklərdə və digər dövlət qurumlarında yüksək vəzifələr tutmuş, həmçinin Milli Məclisdə deputat olmuş bəzi məşhur sabiqlər bu gün ayrı-ayrı ali təhsil və elm ocaqlarında fəaliyyət göstərirlər.
KONKRET.az xəbər verir ki, Modern.az saytı ali məktəblərdə dərs deyən, elm ocaqalrında çalışanm bəzi məşhur sabiqlərlə bağlı araşdırma aparıb.
Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi Nazim Nağıyev köhnə jurnalistlərə yaxşı tanışdır. Vaxtilə icazəsiz aksiyaların ən çox keçirildiyi Səbail rayonunda bu cür tədbirlərin qarşısının alınmasında polis polkovniki Nazim Nağıyevin xüsusi xidmətləri vardı.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRBu səbəbdən də onun adı bir zamanlar medianın daim gündəmində olduğundan N.Nağıyev yetərincə məşhurlaşmışdı. Nazim Nağıyev hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan, vaxtilə bu təşkilatın sədr müavini postunu tutmuş keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevin qardaşıdır.
İstefada olan polis polkovniki Nazim Nağıyev 2008-ci ildən Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi kafedrasına rəhbərlik edir. Hüquq üzrə fəlsəfə doktoru, dosent Nazim Nağıyeb həm də Akademiyanın Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini icra edir.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏR"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına sentyabrın 1-də son qoyuldu. O, ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib.
AZAL-dakı vəzifəsini itirən Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir.
AZAL-ın sabiq rəhbəri hazırda Milli Aviasiya Akademiyasında Nəqliyyat texnologiyaları fakültəsinin Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur. Kafedra müdiri vəzifəsində çalışan Cahangir Əsgərov texnika elmləri namizədi olaraq Milli Aviasiya Akademiyasının dosentidir.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRKöhnə jurnalistlər Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovu da yaxşı xatırlayarlar. O, uzun illər nazirliyin əsas simalarından biri olub.
Riyaziyyat üzrə elmlər doktoru, Əməkdar müəllim İlham Pirməmmədov hazırda Azərbaycan Texniki Universiteti rektorunun müşaviri və.zifəsində çalışır.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRBakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da əlavə təqdimata ehtiyacı yoxdur. Vaxtilə medianın gündəmindən düşməyən Tağı müəllim hazırda səhhətindəki problemlərlə çarpışır. Eks-rəis həm də ali məktəbdə – Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri vəzifəsini tutur. Belə ki, texnika elmləri namizədi, dosent Tağı Əhmədov universitetin Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiridir. Memarlıq və İnşaat Universitetinin saytında qeyd olunanlara inansaq, Tağı Əhmədov hazırda üz fəndən dərs deyir: 1. Tunellər və metropolitenlər; 2. Avtomobil yolları; 3. Nəqliyyat yollarında körpü və qurğular.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRSabiq kənd təsərrüfatı naziri, iqtisad elmləri namizədi Heydər Əsədov hazırda ali təhsil ocağına rəhbərlik edir. Eks-nazir 3 aprel, 2019-cu il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin olunub.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRKeçmiş maliyyə naziri Əvəz Ələkbərov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərs deyir. O, UNEC-də Maliyyə və audit kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov mütəmadi olaraq mediada da iqtisadi məsələlərə münasibət bildirir.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRYəqin bəziləri elə bilir ki, sabiq deputat Abel Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra təqaüdlə dolanır. Amma belə deyil. Akademik Abel Məhərrəmov hazırda Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiridir.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏR2000-ci ildən 2015-ci ilə qədər Azərbaycan Milli Məclisinin (II, III və IV çağırış) deputatı olmuş, parlamentin İnsan hüquqları komitəsinə rəhbərlik etmiş Rəbiyyət Aslanova da hazırda təhsil sahəsində çalışır. Fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova Bakıd Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiridir.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRDaha bir sabiq nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışır. Texnika elmləri doktoru Əli Abbasov yaddaşlarda sabiq rabitə və yüksək texnologiyalar naziri kimi qalıb. Akademik Əli Ababsov hazırda UNEC-də Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.
Məmurluqdan müəllimliyə keçən məşhur SABİQLƏRUzun illər Azərbaycanın təhsil naziri işləmiş Misir Mərdanov hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov sosial şəbəkələrdə də aktivdir və vaxtaşırı mətbuatda müxtəlif yazılrala çıxış edir.

Siyasi       Tarix: 06 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber