"Mən başlayanda özümə bir söz vermişdim" – Xalq artisti Röya
Xalq artisti Röya dizayner Aynur Xəlilovanın yutub platformasında yayımlanan "Hərşeyşünas" podkastına qonaq olub.
azxeber.com xəbər verir ki, Müğənni veriliş zamanı həyat yolu, çətinlikləri və uğura aparan mübarizəsindən danışıb.
"Başlayanda özüm-özümə bir söz vermişəm: "Sən çox böyük müğənni olacaqsan, sən çox yüksəyə qalxacaqsan. Sənin bütün ailən, qohumların səninlə fəxr edəcək"– deyə Röya bildirib.
O, ailəsinin və ətrafının əvvəlcə ona inam göstərmədiyini vurğulayıb:
"Məni qoymayan, sıxan ətrafım vardı. Anam harada olsam, xəbər verirdi atama, döyülürdüm. Deyirdilər ki, biz çox kasıbıq, sən heç nə edə bilməzsən. Biz sənin arxanda dura bilməyəcəyik".
Müğənni vurğulayıb ki, bu səbəbdən heç kimlə rəqabət aparmır:
"Bu dünyada, bu ölkədə mənə heç kəs maraqlı deyil. Mən heç kimlə rəqabət aparmıram, mən özüm-özümlə rəqabət aparıram. Mən bu şou-biznesə, estradaya yeni yol gətirdim, cığır saldım. Kimsənin mahnısı kimi mahnı alıb oxumadım".
Geyim üslubuna və tənqidlərə də toxunan Röya bunları qeyd edib:
"Bəlkə hansısa dükandan eyni geyim ola bilər. Amma biri nəsə deyəndə bu barədə çox gülməyim gəlir. Mən doğrudan da təkrar deyiləm. Sadəcə hamı inanmadığı halda deyirdi ki, "qara qız" bu nə gündədir? Bu gəlib keçə bilər? Sonra ayıldılar ki, nə danışırsan e? Bu nəyin ki, keçmək, bilirsən haradadır?!"
Turlar.az [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür