Mən dərin yaramı utanmadan göstərdim' - Nərmin

Mən dərin yaramı utanmadan göstərdim' - NərminMüğənni Nərmin Kərimbəyova Kanal S-də yayımlanan "Xəbərin var?" verilişində qonaq olub.
azxeber.com xəbər verir ki, iddialı müğənni ifasına, xarici görünüşünə gələn tənqidlərə münasibət bildirib.
Nərmin eyni zamanda standart görünüşə malik olan həmkarlarından da danışıb:
"Tənqid qınaq deyil. O qədər təhqir formasında idarə olunmamış, anormal münasibətdir ki, mən onu çoxdan öyrənmişəm özümçün blok edim və mənə təsir etməsin bu kimi hallar. Doğrudan da boş verirəm, mənə belə neqativ şeylər təsir etmir. Nə qədər tənqid artsa da, düzgün yolda olduğum sübut olunur. İnsanların mənə olan sevgisi də artır. Mən özüm bilirəm ki, bu həyatda nələrdən keçdim, nələr yaşadım. Hələ nələrdən keçəcəm, qarşıda məni nələr gözləyir, onu da bilirəm. Özümə deyirəm ki, 40 yaş gəlib, bugünə kimi özünçün 2-ci, 3-cü planda olmusan. Artıq özünü sev. Mən buyam, özüməm. Qəbul edib, etmirsiz, özünüz bilərsiz! Heç birimiz ideal deyilik. Heç nədən utanmamalıyıq. Bəlkə kimsə nəsə gizlədir həyatından amma mən gizlətmirəm. Mən dərin yaramı göstərdim. Mən həyatda çətinlik keçib amma güclü dayanan adamlardan ilhamlanıram. Mən dünyada güclü, hər daim şükür edən inklüziv insanları yaxından izləyirəm.
Hərə bir yerini dartır, şişirdir, göstərir. Mənə standartı görmək xoş deyil! O görüntü mənimçün 0-dır, gülməlidir. Bu yaradıcılıq deyil. Mən səhnəyə bununçün gəlməmişəm. Əgər deyillərsə ki, mən bu əməliyyatları sənətim üçün edirəm! Deyil, yalandır! Belə standartları görmək məni qıcıq edir. Axı nə qədər olar? Hər şeyin həddi var! Və mən də bunun əksini göstərirəm. Mən sənətə öz beynimi, dəsti-xəttimi, yaradıcılığımı gətirmişəm. İsbat edəcəm ki, mənim kimilər bu həyatda nəyisə dəyişəcək. Mənim yolum çətindir, gec-tez tamaşaçı qəbul edir, edəcək də.
Gah çəkimi, gah ifamı anlamırlar. Tənqid edirlər. Onu dəqiq deyə bilirəm ki, insanları heç nə ilə qane etmək mümkün deyil. Sanki hər kəs bütün neqativini tanınmış insanlara tökür. Sonra özlərini xoşbəxt hiss edirlər".
Mən dərin yaramı utanmadan göstərdim' - Nərmin

Şou Biznes       Tarix: 15 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az xeberler bugun xankendi xeberler