"Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə belə tapşırıqlar verim"

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.
KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun cinayət işi üzrə şahidlər dindirilib.
Şahid Ceyhun Vəliyev Satınalmalar və Təchizat İdarəsində sürücü işləyib.
Məhkəməyə nəyə görə çağırıldığını unudan şahid tərəflərin suallarından sonra danışmağa başlayıb.
Şahid deyib ki, təqsirləndirilən şəxslə təmasda olmayıb, işi göndərilən hədiyyələri daşımaq olub: "Hərbi Kənd Təsərrüfatı Birliyinin rəisi Z.T. var. Bir neçə dəfə "Gəncə səbəti"ndə hədiyyə verib, onu idarəyə gətirmişəm. Bundan başqa, bayramlarda, ad günlərində hədiyyələr göndərilirdi, onları çatdırırdım. Amma səbətdə nə olduğunu bilmirəm".
Şahidin hazırkı ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyət olub.
İttihamda yazılıb ki, Z.T. ilə Satınalmalar və Təchizat İdarəsi arsında 16 milyon 350 min manat müqavilə imzalanıb. Müqaviləyə əsasən, Z.T.-nin hesabına köçürülən həmin məbləğdən 400 min manat "otkat" kimi İdarəyə qaytarılıb. Şahid həmin vaxt deyib ki, bir neçə dəfə Z.T.-dən kiçik bağlamalar götürərək təqsirləndirilən şəxsə çatdırıb, amma bağlamada nə qədər pul olduğunu bilməyib.
Şahid əvvəlki ifadəsində dediklərini boynuna almayıb. İndiki ifadəsinin əsas götürülməsini istəyib. Təqsirləndirilən şəxs şahiddən səbəti təqdim etdiyi növbətçi otağının kimin qəbul otağının qarşısında olduğunu soruşub. Şahid bu sualdan yayınıb.
"Məlikməmməd Qurbanovun müavini olmuş, hazırda İdarə rəisi Elnur Kazımov o vaxt sizə göstərişlər veribmi?", – deyə vəkil Ceyhun Məmmədov sual verib. Şahid belə bir hal olmadığını deyib.
Vəkil vəsatət qaldıraraq, şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Məhkəmə vəsatətə istintaqın sonunda baxılacağını bildirib.
Məlikməmməd Qurbanovun sürücüsü işləmiş Zaman Əsədov da ifadəsində tapşırıqla müəyyən hədiyyə paketlərini ünvanlara çatdırdığını bildirib: "Polkovnik Qurbanov deyirdi filan yerdə hədiyyə var, onu götür gəl. Mən də həmin hədiyyələri gətirib ona verirdim. Məsələn, Z.T. balıq, mer-meyvə və. s göndərirdi".
M.Qurbanov keçmiş sürücüsünün dediklərini qəbul etməyib: "Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə belə tapşırıqlar verim. Mən lazım olan adamlarla görüşə şəxsən gedirdim, öz işimi özüm görürdüm".
İnformasiya texnologiyaları ilə məşğul olan şirkət əməkdaşı Ü.A. da şahid qismində ifadə verib. Ü.A.-nın təmsil etdiyi şirkət 8 ilə yaxındır Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Nazirlik üçün İT avadanlıqlarının alınmasında şahid tərəf kimi iştirak edib. Şahid deyib ki, bütün işlər Məlikməmməd Qurbanovun müavini Elnur Kazımovla danışıq əsasında görülüb: "Elnur Kazımovla görüşürdük. Malların alınması ilə bağlı sorğu verirdi. Vəsait isə şirkətimizin bank hesabına köçürülürdü".
Prokuror Ziya Mansurov şahiddən köçürülən pulların müəyyən hissəsinin geri qaytarılması barədə soruşub: "Təklif etdilər ki, alınan malların dəyərindən artıq pul köçürək, həmin pulu nağd şəkildə geri ödəyək. Biz də razılaşdıq, qiymətləri 4 faiz şişirtdik. Sonradan həmin pul "otkat" formasında geri qaytarıldı".
M.Qurbanov deyib ki, şahidi 1 dəfə görüb, heç vaxt alqı-satqı işi ilə bağlı danışığı olmayıb: "Nəcməddin Sadıkovun göstərişi ilə qəbul etmişdim. Kiberhücumla bağlı məsələ idi. Ondan sonra ünsiyyətim olmayıb".
Proses noyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.Qafqazinfo

Siyasi       Tarix: 28 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler