Mən sizə telefonumun mesaj və zəng bölməsini göstərsəm, təəccüblənərsiniz...' - Afaq Bəşirqızı
"Bu gün Akademik Musiqili Teatrın 112-ci mövsümünün bağlanışı oldu. Mən məlum səbəblərdən artıq 4-cü ildir ki, səhnəyə çıxmıram, daha doğrusu çıxa bilmirəm. Şükür Allaha, artıq indi toparlanıram. Mənimlə birlikdə bu neçə ildə əziyyətimi çəkən həkimlərimə, həyat yoldaşıma, ailəmə, dostlarıma, çox minnətdaram. Ən əsası da teatrda uşaqdan böyüyə hamıya. Uşaq deyəndə mən universiteti yeni bitirib gələn tələbələri nəzərdə tuturam. Mən sizə telefonumun mesaj və zəng bölməsini göstərsəm təəccüb qalarsınız. Nə qədər mesajlar, xoş gün arzulamalar, müqəddəs cümə günündə xüsusi mesajlar, mənim üçün nə qədər darıxdıqlarını bildirməklər, "birlikdə bir neçə tamaşaya oynayacağıq" yazıb məni ruhlandırmaqları məni çox sevindirirdi. Çox sağ olsunlar!"
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktrisası, sevilən sənətkar Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.
"Bu gün mənim ürəyim dağa döndü, təsəvvür edin kollektivim üçün necə darıxmışdım! Çox böyük sevinc içərisində idim. Səhnəyə çıxaraq 4 nominasiyanı da mən təqdim etdim. Eyni zamanda çox böyük qürur hissi ilə deyə bilərəm ki, artıq texniki heyətdən tutmuş yaradıcı heyətə qədər hamı işləmək istəyir, hamı teatrdadır, heç kəs teatrdan sui-istifadə etmir, özlərini teatrdan ayrı görmürlər. Teatrın direktoru, əməkdar incəsənət xadimi, Əliqismət Lalayev onlara böyük qayğı, diqqət göstərir. Hər bir sosial problemindən tutmuş yaradıcılıq probleminə qədər onlara çox böyük kömək edir. Yeri gəlmişkən bu gün canım dostum Əliqismət Lalayevin də ad günüdür. Mən ona can sağlığı arzu edirəm, kollektivin üstündən əskik olmasın, mənim də elə səhnəyə çıxmağımın ən böyük səbəbkarı odur. Çünki o məni ruhdan düşməyə qoymadı, heç vaxt xəstəliyə aludə olmağıma imkan vermədi, bütün bunlara görə ona, kollektivimə və hamıya can sağlığı arzulayıram, sevgilərimi bildirirəm. Mən deyən olmasın, Allah deyən olsun, sentyabr ayından iki böyük əsərin məşqinə başlayırıq. Bu mənim yarımçıq qalmış işimdir. Elə bil ki, bizim bu 44 günlük müharibəmiz bu əsərdə cəmlənmişdir. 44 günlük müharibədə qalib olanların kökü hardan gəlir?! Yəni bu əsərdə belə bir sual var. Həm də ulu öndər, dahi şəxsiyyət, həddindən ziyadə əsrlərin ağıllısı, dünya görüşlü Heydər Əliyevin 100, Azərbaycan Cumhuriyyətinin 105, Azərbaycan Teatrının yaranmasının 150 illiyi münasibəti ilə bu əsəri biz hazırlayacağıq. İkinci əsər isə mənim çoxdan arzusunda olduğum bir əsərdir. Təbii ki, digər əsərlər də var, amma mən bunu sirr saxlamaq istəyirəm. Məni sevənləri, qədir bilən tamaşaçılarımı öpürəm, onların hamısını teatrda gözləyirəm" deyə böyük sənətkar bildirib.
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA