Mən Ulu Öndəri hər gün, hər an, hər saat xatırlayıram' - Bilal Əliyev
"Mən Ulu Öndəri hər gün, hər an, hər saat xatırlayıram. Bu günə qədər onun xatirələri ilə yaşayıram".
Bu sözləri azxeber.com-a açıqlamasında Xalq artisti Bilal Əliyev bildirib.
Sənətçi Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən deyib:
"Mən onu hər gün, hər an, hər saat xatırlayıram. Bu günə qədər onun xatirələri ilə yaşayıram. Ulu Öndərin mənə göstərdiyi qayğılar nəticəsində mən bu zirvələrə gəlib çatmışam.
İlk dəfə Heydər Əliyevə məni cənab Prezident İlham Əliyev təqdim etmişdi. Yaşım az idi, birinci dəfə böyük konsertə dəvət aldım və Heydər Əliyevin qarşısında çıxış elədim. İfamı o qədər bəyəndi ki, anidən rejissora konsertin gedişatında dəyişiklik etməsi və mənim sonda yenidən mahnı oxumağımla bağlı tapşırıq verildi. Finalda Rauf Hacıyev bəstəsi olan "Azərbaycan" mahnısını ifa etdim. Heydər Əliyev mənim səsimə heyran qaldı və həmin gündən mən bütün dövlət tədbirlərinə dəvət almağa başladım. Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin mənə o qədər böyük qayğısı və dəstəyi olub ki, mən bu gün də onu hiss edirəm. Ulu Öndərin vəfatından sonra bu qayğını cənab İlham Əliyevdən görmək çox xoşdur.
Biz xoşbəxt xalqıq ki, Allah bizə belə bir Ulu Öndər, mənəvi ata qismət edib. Yaxşı ki, o xalqımızın xahişi, istəyi ilə Azərbaycana qayıtdı və bizi davamçısı, Ali Baş Komandan İlham Əliyevə əmanət etdi. İlham Əliyevin sayəsində Azərbaycan bu gün ən güclü dövlətlərin sırasındadır. Bu gün biz rahat yaşayırıq, gəzirik, körpələrimiz əmin-amanlıqla böyüyür. Bundan böyük xoşbəxtlik ola bilməz! Ona görə də, biz xalq olaraq Ulu Öndərimizin ideyalarını yaşatmalıyıq, Cənab Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi birləşməliyik. Allah Ulu Öndərimizə, atamıza rəhmət eləsin!".
Aysel Hacızadə

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır