Mənə fəxri ad lazım deyil' - Nura
Müğənni Nura Suri bir neçə gündür paylaşımları ilə gündəmdən düşmür.
azxeber.com xəbər verir ki, sənətçi bu dəfə ünvanına yazılan mənfi şərhlərə cavab verib.
O bildirib ki, dövlət konsertlərinə dəvət almamasını deməsi yanlış anlaşılıb:
"Görürəm ki, mövzu və gündəm məqsədli şəkildə dəyişdirilir və korrupsiya ittihamlarını ört-basdır etmək üçün mediada fəxri adlar mövzusu qabardılır. Bu səbəbdən burada açıq şəkildə bildirirəm: mənə heç bir fəxri ad lazım deyil. Həmçinin şikayət edən sənətçilərin heç biri fəxri ad almaqla bağlı hansısa açıqlama verməyib. Mən sadəcə bildirdim ki, vaxtilə mənə nəyin müqabilində belə bir təklif olunmuşdu. Buna görə də dedim ki, aşağıda qeyd etdiyim meyarlara əsasən araşdırma aparılsın və baxılsın: kimin təqdimatı haradan və necə gedib.
Mən dövlətimizin ədalətinə inanıram və işıqlandırdığımız məsələlərlə bağlı hər hansı araşdırma aparılacağı təqdirdə bu işdə köməklik göstərməyə hazıram.
Konsert keçirmək üçün ilk növbədə maddi dəstək əsas şərtlərdən biridir. Dövlət dəstəyi ilə konsertlər isə yalnız müəyyən kateqoriyaya aid sənətkarlar üçün mümkündür. Şəxsən mənim belə konsertlər təşkil etməyə maddi imkanım yoxdur. Vaxtilə imkanım olanda isə qarşıma çıxan maneələrə görə bu arzum reallaşmadı. Fəxri adı olan, lakin heç vaxt konsert verməyən sənətçilər də kifayət qədərdir.
Xahiş edirəm, mövzunun mahiyyətini dəyişməyin. Hər hansı qurumların təzyiqi və təsiri altında əsas problemlərdən diqqəti yayındırmayın. Azərbaycanda "Əməkdar" və "Xalq" fəxri adlarının verilməsi dövlət tərəfindən xüsusi meyarlar və qanunvericiliklə tənzimlənir".
Qeyd edək ki, Nura ilə yanaşı müğənnilər Xatirə İslam, Almaxanım Əhmədova, Elnur Hüseynov, Təranə Mahmudova və başqaları dövlət konsertlərinə dəvət almamaqla bağlı şikayət ediblər.

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar