Mənə xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım'- VİDEO
Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.
Azxeber.com xəbər verir ki, "lent.az"ın canlı yayımında qonaq olan ifaçı ilk dəfə bu barədə danışıb:
"Yoldaşım məni sevməsə, boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım mənə xəyanət etsə, əl qaldırsa, boşanaram.
Mənə xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. "Dözmərəm" dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm.
Qadınlar hissləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get.
Mənim düşdüyüm xəyanət bu idi. Hissləri ilə kiməsə bağlanarsa, sevərsə, mən ondan boşanaram. Çünki hisslərim, sevgim mənim üçün dəyərlidir".
Vəfa daha sonra bildirib ki, həyat yoldaşı ona əl də qaldırıb:
"Hər zaman düşünürdüm ki, qadın böyük səhv edərsə, döyülər. Amma yaş ötdükcə anlayırsan ki, qısqanclıqdan, çox istəməyindən də belə şeylər ola bilər. Döyülmək qadına böyük travma yaşadır. Allah heç bir qadına bu travmanı qismət etməsin".
Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Cütlüyün bu evlilikdən bir qızı var.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq