"Məni 8 saat döyüb, yarıçılpaq videoya çəkdilər" - VİDEO

"Məni 8 saat döyüb, yarıçılpaq videoya çəkdilər" - VİDEOARB TV-də yayımlanan "Ona qalsa" proqramında 12 ildir oğlunu görə bilmədiyini deyən müğənni Dana Durdana daha sonra "Elgizlə izlə" verilişinə qatılaraq şəxsi həyatı barədə dəhşətli faktları açıqlayıb.
Open.az axşam.az-a istinadən xəbər verir ki, o, özündən 13 yaş böyük dayısı oğlu Vahid adlı şəxslə evləndiyini söyləyib:
"Anam 9 yaşında dünyasını dəyişib, xərçəng xəstəsi idi. Bizi isə atam böyüdüb. O, anamdan sonra ailə həyatı qurmayıb. Üç uşaq idik, Sumqayıtda yaşayırdıq. Həyat yoldaşımla aramızda 13 yaş fərq var idi. Anamın yasında dayımın xanımı bacımı oğluna almaq istədiyini dedi. Onda bacım cavab verdi ki, ona qardaş kimi baxıram. Daha sonra mənim böyüməyimi gözlədilər. Toyun səhəri qayınanam dedi ki, mən heyf çıxmaq üçün səni oğluma aldım. 5 uşağın doğulsa belə, sizi boşatdıracam. Buna səbəb o idi ki, dayım xanımı ilə ayrılmışdı.
Bir müddət Rusiyada yaşadıq, sonra Azərbaycana qayıtdım. Uşaq dünyaya gəldi, ayrılmağa məcbur oldum. Evimizə gəldim, atam qoymadı, dedi ki, ərinin evinə qayıt. 17 yaşımda evləndiyim üçün nikah bağlanmamışdı. Atamın tələbi ilə nikah bağladım. Atam rəhmətə getdi, sonra mən də ayrıldım".
Müğənni bildirib ki, həyat yoldaşının ailəsinə baldızının həyat yoldaşı kömək edir: "O ailənin rəhbəri baldımızın əridir, onun sözü keçir! Sumqayıtda imkanlı şəxslərdən biridir. Oğlumun mayda 16 yaşı olacaq. Heç görüşmürük. İlk ayrılan vaxt uşağı mənə verdilər. Həm rəfiqəm, həm də dayəm Sənubər adlı xanım idi. Bu zaman uşaq atasını görmək istəyirdi. Mən də Dərbənddə restoranda çıxış etməli idim. 1 həftə orda olub qayıdacaqdım. Uşağı atasına verdim, sonra dedim ki, Sənubər xanımla görüşüb ona qaytararsan. Rəsmi ayrılmamışdıq, düşündüm ki, uşağımın atasıdır, övladını görmə haqqı var. Uşağı özümlə Dağıstana apara bilmirdim. Çünki bütün sənədləri əlimdən almışdılar, etibarnamə yox idi. Atası uşağı əvvəlcə dayəyə verir, lakin uşaq ağlayır, atasını qucaqlayır. Atası da deyib ki, olar uşağa iki gün anam baxsın, sonra qaytararıq. Belə bir şərtlə götürülüb. Bundan sonra baldızım Sənubər xanıma mesaj yazıb ki, uşağı qaytarmayacaqlar. Hadisəni eşidən kimi depressiyaya düşdüm, ayaqlarım məndən imtina etdi, beyin təzyiqi keçirdim. Onlar güclü idilər. Sumqayıt məhkəməsinə gəldim, ordakılar mənə güldülər. 12 il bundan öncə olan söhbətdir. Baldızımın həyat yoldaşı ortada idi. Ərim isə Rusiyaya getmişdi. Qayınanam oğlu Rusiyadan buna pul göndərsin deyə mənim övladımdan istifadə edir".
D.Durdana söyləyib ki, onu ərinin ailəsinin istəyilə yarıçılpaq döyərək kameraya çəkiblər:

"Övladımı əlimdən almaq üçün arqumentləri yox idi. Dedilər ki, müğənnidir, əxlaqsızdır. Məhkəmə üçün əsas fakt deyildi. Bir il sonra, 2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə Dərbənddə məni evdən çıxarıb səhərə qədər döydülər. Kimsəsiz bir qadın idim. Yarıçılpaq halda 8 saat kişilər tərəfindən döyüldüm və bunu videoya çəkdilər. Həmin videolardan birini uşağın atasına göndəriblər. O da bütün zavodda videonu göstərərək bildirib ki, bu qadın əxlaqsızdır. Bir il boyunca insanlar küçədə mənə içki şüşəsi atırdılar. Videoda artıq heç nə yox idi. Sadəcə, döyürdülər. Günahı olan şəxsləri həbs etdirmək üçün vuruşmağa başladım. O vaxtlar prokuror İzzət Nyazoviç idi, indi baş prokurordu. Mənə köməklik etdi. Bir il ərzində onlar tutulandan sonra sənədləri toplayıb Sumqayıtda məhkəməyə təqdim etməli idim. Çünki uşağın atası həmin videonu məhkəməyə təqdim etmişdi ki, guya, əxlaqsızlıqla məşğul oluram". /open.az

Şou Biznes       Tarix: 04 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri kriminal bugun cəbhədən son xəbər sonxeber.az