Mənim balalarım bilmir ki, babalarının qəbri haradadır – FOTO/VİDEO
Mənim balalarım bilmir ki, babalarının qəbri haradadır – FOTO/VİDEO
Həyatın bumeranq üzüdür bəlkə də. Ermənilər Kəlbəcəri tərk edir. Amma guya öz vətənlərindən qovulurmuş mənzərəsi yaradırlar. Özgəsinin torpağında məskunlaşan bir millət öz məğlubiyyətinə sızlayır. Hansı ki, bunların əksəriyyəti 1992-ci ildə, qışın soyuğunda dinc Kəlbəcər sakinlərinə rayonu tərk etmələri üçün 10 saat vaxt verənlərin ailələri, qızları, gəlinləridir.
ARB Xəbər 28 ildir Kəlbəcərdən uzaq düşən sakinlər ilə bağlı maraqlı süjet hazırlayıb.
Kəlbəcər sakini olan Şahin Əsgərov deyir ki, Murovu aşanda qardaşınn uşağı körpə olub:
"3-4 yaşı olardı. Uşağa su verməyə qab tapmadıq. Balaca qardaşım ovcunda su gətirib uşağa içirdi".
Mənim balalarım bilmir ki, babalarının, nənələrinin, qəbri haradadır. Bundan böyük zərbə nə ola bilər? Şükür Allaha! Bu gün hamısı qayıtdı, qayıdır. Hələ də inana bilmirəm".
Bu gün minlərlə Kəlbəcərli evinə getməyə hazırlaşır. Düşmən isə öz köçəri taleyini yaşayır. Təbii ki, bu köçdən daha gözəl mənzərə kəlbəcərlilərin öz ata-baba yurdlarına qayıtması üçün yollarının açılacağı həmin o gündür.







Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR