"Mərkəzi Asiyaya keçmiş SSRİ kimi yanaşmayın" - Rəhmondan Putinə İRAD
Tacikistan prezidenti Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ kimi yanaşmamağı istəyib.
KONKRET.az xəbər verir ki, MDB Dövlət Başçıları Şurasının sammitində Rusiya liderinə müraciət edən Rəhmon bildirib ki, onun ölkəsi əsas strateji tərəfdaşı olan Rusiya Federasiyasının maraqlarına hörmət edir və ona hörmətlə yanaşmaq istər.
Rəhmon çıxışı zamanı Sovet İttifaqının dağılmasının şahidi olduğunu da qeyd edib.
"İndiki kimi biz də şahidi olduq ki, kiçik respublikalara, kiçik xalqlara diqqət yoxdur. Ənənələr və adətlər nəzərə alınmırdı. Onlar inkişafı dəstəkləmədilər", – Tacikistan lideri bildirib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, böhranlar Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlığı gücləndirə bilər.
Bundan öncə, Putin bildirib ki, Qərb MDB məkanında münaqişələri qızışdırmaq üçün ssenariləri işə salmağa çalışır. Oktyabrın 14-də Astanada "Rusiya – Mərkəzi Asiya" forumu keçirilib . Tədbirdə Rusiya, Qazaxıstan , Qırğızıstan , Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak ediblər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü