Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Məzahir Pənahovun sədrliyi ilə yanvarın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2023-cü il 30-31 dekabrda keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən KONKRET.az-a bildirilib ki, sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Proseslərin gedişi barədə ətraflı məlumat verilərək bildirilib ki, sözügedən namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər səlahiyyətli nümayəndələri tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılıb, namizədlərin qeydə alınması üçün əsasların olması müəyyən edilib.
Komissiya geniş müzakirələrin ardınca namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd kimi qeydə alınmasına qərar verib.
Beynəlxalq müşahidə missiyası təmsilçisi, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media qurumları nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi