Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılıb
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.
Komitədən azxeber.com-a verilən xəbərə görə, sentyabrın 8-nə qədər davam edəcək müsahibələrdə qadın dini ayinlərin icraçısı vakansiyası üzrə 113 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçı qadınlardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, imam və imam müavini vakansiyalarını əhatə edəcək müsahibənin ikinci mərhələsinin 11-19 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"