Məşhur azərbaycanlı model İstanbul küçələrində tanınmaz halda - FOTO
Azərbaycanlı model Günay Musayeva İstanbulun Nişantaşı səmtində görüntülənib.
Open.az xəbər verir ki, bütün dünyanı cənginə alan təhlükəli koronavirusdan qorunmaq üçün üzünə maska taxan modeli tanımaq mümkün olmayıb.
Günay getdikcə yayılmağa davam edən koronovirusla bağlı bunları deyib:
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da virusla bağlı tez-tez açıqlamalar edərək, onun nə qədər təhlükəli olduğunu diqqətimizə çatdırır. Mən də qorunmaq üçün evdən çıxarkən maska taxıram. Oğlum Cahangirlə bir müddət əvvəl keçirdiyimiz ağır qripdən hələ təzə sağalmışıq. Məncə, ölkə olaraq bu virusu diqqətə almalıyıq". /open.az