Məşhur bazarın dövlətə 250 min manat borcu var: İş məhkəmədədir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi "Meyvəli" kimi tanınan məşhur bazarı məhkəməyə verib.
azxeber.com "Kriminalqafqaz"a istinadən xəbər verir ki, Agentlik Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Meyvəli"nin quruma 250 min manat borcu olduğunu bildirib.
"Qafqazinfo" xəbər verir ki, iddia onunla əsaslandırılıb ki, 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, "Meyvəli" rəhbərliyi AKİA-dan mobil tipli kəsimxana avadanlıqlarını lizinqə götürüb. Lakin müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, "Meyvəli" rəhbərliyi agentliyə olan borcunu ödəməyib.
Məhkəmə iddianı qismən təmin edib. Məbləğin cərimələr hissəsi silinməklə Agentliyə 151 min manat ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, məhkəmənin qərarı ötən ilin oktyabrında çıxıb. "Meyvəli" şirkəti apellyasiya şikayəti müddətini ötürdüyü üçün yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müddətin bərpa olunmasını xahiş edib.
Xatırladaq ki, ümumi ərazisi 35 hektar olan "Meyvəli" bazarı kənd təsərrüfatı məhsullarının topdan satışı və tranziti üçün nəzərdə tutulub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü - Foto
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki
Ronaldo Anrinin antirekordunu təkrarladı
Ramil Şeydayev Rusiya yolunda