Məşhur həkimdən TÖVSİYƏ - Şirniyyatları bu saatda yesəniz, kökəlməyəcəksiniz

Məşhur həkimdən TÖVSİYƏ - Şirniyyatları bu saatda yesəniz, kökəlməyəcəksiniz"Yaz-yay mövsümü yaxınlaşdığı üçün arıqlamaqla bağlı müraciətlər artıb. Çox verilən suallardan biri də şirniyyat bağlılığının aradan qaldırılması ilə bağlıdır. Şirniyyatdan imtina edə bilməyənlər ondan imtina yollarını axtarır".
Milli.Az xəbər verir ki, bu sözləri sosial şəbəkədə paylaşdığı tibbi postları ilə diqqət çəkən həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, arıqlamaq istəyən, amma şirniyyatdan imtina edə bilməyənlərə tövsiyələr verib.
Maraqlıdır ki, həkim bir çox qidalanma mütəxəssisindən fərqli olaraq şirniyyatdan tamamilə imtinanı doğru addım hesab etmir: "Dietoloqlar bir qayda olaraq "şirniyyat olmaz" deyir. Bu, yanlış fikirdir. Əvvəla şirniyyat olar. Arıqlamaq üçün şirniyyatdan tam imtina etməyə gərək yoxdur, əsas məsələ onu nə zaman yemək lazımdır. Siz şirniyyatı, ya meyvəni yeməkdən dərhal əvvəl və ya dərhal sonra yesəniz, heç bir problem yaranmayacaq. Arıqlamağa mane olmayacaq.
Əsas odur ki, yeməklər arası dövrdə qətiyyən şirniyyat yeməyəsiniz. Onda insulin ifraz olunacaq və metabolizmin istiqaməti anabolizmə çevriləcək. Sizin məqsədiniz isə katabolizmi artırmaq idi. İnsulin qanda olan-qalan qlükozanı da hüceyrə içinə salacaq və sizə vəhşi aclıq gələcək. Acından əsəcəksiniz, başınız dönəcək. Hətta huşunuzu itirə bilərsiniz. Məcburən yemək istəyəcəksiniz. Ara yemək isə qəti olmaz. Lakin gündə 3 dəfə yesəniz, yemək zamanı zatən insulin qalxır. Sizin həmin vaxt şirniyyatdan imtina etmənizə heç bir ehtiyac görülmür, mənası yoxdur. Yeməkdən sonra tort da, meyvə də, şokolad da yeyə bilərsiniz. Sadəcə gündə 3 dəfə qidalanın, şirniyyatları da eyni saata salın. Sözsüz ki, gündəlik lazım olan miqdarı aşmamaq şərtiylə". (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber xeberler azerbaycan sonxeber.az xəbər