Məşhur reperə 4 il həbs cəzası verildi
Nyu-York federal məhkəməsi P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs barədə qərar çıxarıb.
azxeber.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, məhkəmə ona 4 il 2 ay həbs və 500 min dollar cərimə cəzası verib.
Belə ki, bu ilin iyul ayında Nyu-York məhkəməsi Kombsu iki maddə - cinsi istismar və fahişəliyə cəlb etmədə təqsirli bilib. Məlum olub ki, o, dəfələrlə müğənni Kessi (Kessi Ventura) də daxil olmaqla iki keçmiş sevgilisini dəbdəbəli hotellərə aparıb, onları başqa kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib və prosesləri lentə alıb.
ABŞ federal prokurorları ona minimum 135 ay həbs cəzası verilməsini və 500 000 dollar cərimələnməsini tələb etmişdilər. Müdafiə tərəfi müvəkkilin bu ilin sonunda azadlığa buraxılmasına icazə verərək 14 aylıq həbs cəzası istəyib. Hökm çıxarılmazdan əvvəl "P.Diddy" özü hakim Arun Subramanyana məktub göndərərək peşman olduğunu, o cümlədən 2016-cı ildə Los-Ancelesdə hotelin dəhlizində Kessinin döyülməsinə görə peşmançılıq keçirdiyini bildirib. Repçi özünün 7 övladı və 84 yaşlı anası üçün hakimdən "mərhəmət" istəyib.
Sənətçinin məktubunda deyilir: "Köhnə mən həbsxanada öldü, yenisi doğuldu. Həbsxana səni ya dəyişdirəcək, ya öldürəcək – mən həyatı seçirəm".
Lakin hakim bildirib ki, reper bütün məhkəmə prosesində heç vaxt iki qadını pul müqabilində başqa kişilərlə cinsi əlaqəyə məcbur etməklə bağlı günahını etiraf etməyib. Bundan əlavə, hakim onun qadınların başqa kişilərlə cinsi əlaqədə olmasının səs yazılarını dərc etməklə hədələməsini ağırlaşdırıcı hal hesab edib.
Qeyd edilir ki, istintaq təcridxanasında olarkən "P.Diddy" məhbus yoldaşları üçün özünü təkmilləşdirmə kurslarına başlayıb həmçinin yanaşı kamerada olan çinli milyarder Quo Venguy ilə gənclərə kömək etmək üçün süni intellekt platforması yaratmaqla bağlı razılığa gəlib.
"Qafqazinfo"
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub