Məşhur teleaparıcı boşanma səbəbini açıqladı – VİDEO
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı teleaparıcı Vüsalə Kərimova olub.
Azxeber.com xəbər verir ki, məşhur aparıcı keçmiş həyat yoldaşından danışıb:
"Sevdiyim insanla ailə həyatı qurmuşdum. Çox savadlı, alicənab insandır. 1998-ci ildə nişanlandıq. Bir il iki ay sonra toyumuz oldu. 2000-ci ildə oğlum dünyaya gəldi. Çətin insanam. Mənimlə yaşamaq bir ömür istər. Son anadək getmərəm, getdimsə, əsla geri dönmərəm.
Ayrılanda oğlumun 7 yaşı vardı. Əslində öncədən ayrı idik. Amma rəsmi boşanma üçün müraciət etməmişdim. Rəsmən boşandığım gün hönkür-hönkür ağladım. Yanlış insanla yol getməkdənsə, yalnız yerimək daha yaxşıdır.
Ayrılıqdan sonra çətin həyatım başladı. Ayrılığımızın əsas səbəbi indiyədək heç kimə məlum deyildi. Bunu ilk dəfə açıqlayıram. Səbəb əqidə məsələsi idi. Tamam fərqli insanlarıq. Nə evliliyimə, nə ayrılmağıma peşman deyiləm. Oğlumun savadlı, dünyagörüşlü olmasını atasına borcluyam.
Keçmiş həyat yoldaşım bizə maddi dəstək göstərmir. Heç belə istəyim də olmayıb. Hətta alimentdən belə imtina etmişəm. Doğulduğu gündən 21 yaşına qədər oğlum üçün hər şeyi özüm etmişəm. Bu yaşına qədər oğlum haram yeməyib".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?