Məşhurlar Manaf Ağayevin həbsindən yazdılar: 'Əfv olunmasını xahiş edirik

Məşhurlar Manaf Ağayevin həbsindən yazdılar: 'Əfv olunmasını xahiş edirikÖtən gün müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. İfaçının sənət dostları onun həbsi ilə bağlı paylaşım ediblər. "Qanunlara tabe olmaq lazımdır" deyən şou əhli eyni zamanda Ağayevin həbs olunmasını istəmədiklərini bildiriblər.
azxeber.com BAKU.WS-ə istinadən məşhurların həmin paylaşımlarını təqdim edir:
Müğənni Elçin Hüseynov 
"Bu gün səhərdən sosial şəbəkələri izləyirəm. Manaf Ağayev və dostumuz Sənan Hüseynov barədə yazılan yazıları görürəm. Bir çox izləyicilər ağızlarına gələni yazıblar. Manaf da, Sənan da bizim düşmənimiz deyil. Azərbaycan xalqının dəyərli oğullarıdır. Neqativ rəy yazanlar, sizə ayıb olsun. İçinizdəki insanlıq hissi ölüb? Onların da ailəsi, övladları yaxınları var. Birinə bir təhqir yazanda düşünün özünüz kimsiniz? Tamam, anlayırıq ki, qanun hamı üçün qanundur. Manaf Ağayev illərin sənətkarıdır. Dövlətimizin siyasətini dəstəkləyən bir sənətkar kimi aidiyyəti orqanlardan Manaf və Sənan qardaşımızın mümkün qədər əfv olunmasını xahiş edirəm".
Aktrisa Çimnaz Sultanova
"Aydın məsələdir ki, qanun hamıya qanundur! Amma məni yandıran odur ki, insanlar necə Manafın tutulmağına sevinə bilərlər? Komentləri oxuyub dəhşətə gəlirəm! Ayıb deyil sizə vicdansizlar? Bu insan yaxşılıqdan başqa nə edib sizə? Siz heç bilirsiniz ki, Manaf özü və onun dostu Sənan nə qədər yetimlərə, kasıblara kömək ediblər? Manafın bu gününə sevinən ermənidir, vətən xainidir".
Xalq artisti Niyaməddin Musayev 
"Manafın özünü də, sənətini də sevirəm. Ancaq dövlətin qanunları var, onu pozmaq olmaz. Qanunlara tabe olmaq lazımdır. Onlar özbaşına getdiyi üçün cəzalandırılıblar. Bizim nəsə xahiş etməyimiz düzgün deyil. Deyəcəklər ki, müğənnilərin hamısı qanunu bilmir və qaydaları pozurlar".
Əməkdar artist Nüşabə Ələsgərli
"Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır. Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssalam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun".
Müğənni Eldəniz Məmmədov
"Allah köməyi olsun, tezliklə azadlıqda görək. Səfərlə bağlı danışarkən, qanunsuz sözünü işlətmək düzgün deyil. Quş olub uçub getməyib ki, postlardan keçib gedib. Hava limanına o cür girişi ajiotaj yaradıb. Ola bilsin ki, bu, qeyri-qanuni sayıla bilər. Bəzi işlər var ki, Manaf tərəfindən düzgün yerinə yetirilməyib. O məsələni açıqlamırlar, qanunsuz deyirlər".
Müğənni Afət Fərmanqızı
Manaf Ağayev hər zaman dövlətini sevən insan olub, amma qanun qarşısında hər birimizin boynu qıldan incədir. Xahiş edirəm izləyicilərdən, bu məsələ ilə bağlı videolarda təhqirə yol verməyin.
Müğənni Nadir Qafarzadə 
"Dəyərli dost, yaxşı sənətkar. Sən ürəksən, Manaf Ağayev. Həmişə toylarda". Qeyd edək ki, bir neçə dəqiqə sonra sənətçi bu paylaşımını silib.
Məlumat üçün bildirək ki, iki gün əvvəl sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Hər ikisi saxlanılıb.

Şou Biznes       Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu