Metrodan istifadə edənlərin NƏZƏRİNƏ

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ"Bakı Metropoliteni" QSC-nin nümayəndələri Almaniyanın Köln şəhərində keçirilən "PMRExpo" ən miqyaslı beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin xəbərinə görə, nümayəndə heyəti metropoliten idarəetməsində rabitə texnologiyalarının xüsusi sürətlə tətbiq edildiyi dövrdə təhlükəsiz və peşəkər radio-rabitə kontekstində müasir sistemlərin, telekommunikasiya sahəsində yeni tendensiyaların tətbiqinə xüsusi diqqət ayırıblar.
Bakı metropoliteninin xüsusiyyətləri və mövcud texnoloji bazası əsasında yeni sistem və qurğuların tətbiqi ilə bağlı aparıcı şirkətlərin mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb.
Elçin Məmmədov sərgidə radio-rabitə, radiosiqnal kabeli, səsyazma sistemi, şəbəkə texnologiyası, antena qurğuları və s. texnoloji yeniliklər barədə müfəssəl praktiki informasiyaların nümayiş etdirildiyini və bunun Bakı metropoliteninin perspektiv planları baxımından çox faydalı olduğunu bildirib.
Elçin Məmmədov bu texnologiyaların Bakı metropolitenində tətbiqinin real olduğu və mərhələli keçid imkanlarının mövcud texnoloji inkişaf sayəsində genişləndirilməsinin mümkünlüyü qənaətindədir.
Qeyd edək ki, son illərdə Bakı metropolitenində, xüsusən Bənövşəyi xətdə həyata keçirilən layihələrdə məhz bu texnolji innovasiyalar xüsusi yer alır. SCADA idarəetməsi, Tetra radiorabitəsi, işarəvermə qurğularında informasiya-kommunikasiya sistemlərindən istifadə olunması, gələcəkdə qatarların hərəkətinin radiodalğalarla idarə edilməsi nəzərdə tutulduğundan dünya radiorabitə və telekommunikasiya sahəsində sürətlə inkişaf edən yeniliklərin təqib edilməsi dövrün xüsusi tələbidir.
Sərgidə toplanılmış məlumatların metropoliten rəhbərliyi və mütəxəssis heyəti ilə birgə öyrənilməsinə və texniki təhlillərinə başlanılıb. / azxeber.com

Sosial       Tarix: 09 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Bəyim Bayramova VƏFAT ETDİ

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbin keçmiş direktoru Bayramova Bəyim Vəli qızı 80 yaşında dünyasını dəyişib. . xəbər verir ki, bu barədə məktəbin paylaşdığı məlumatda deyilir. . Bəyim Bayramova məktəbdə 1969–200-c

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən

Bu gün yay Azərbaycana daxil olacaq

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. -a istinadən xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana buğda göndərildi + YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndərilib. KONKRET.azxəbər verir ki, Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınıb. * 

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər bugun xeberler dunya xeberleri sou xeberler bugun