Metronun "Xalqlar Dostluğu" stansiyasının girişində məişət tullantıları qalaqlanıb - FOTO
Metronun "Xalqlar Dostluğu" stansiyasının girişində məişət tullantıları qalaqlanıb - FOTO
Metronun "Xalqlar Dostluğu" stansiyasında zibil əlindən tərpənmək olmur.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Paylaşımda "Xalqlar Dostluğu" metrostansiyasında keçidlərdən istifadə edən insanların ərazini zibillədikləri qeyd olunub:
"Metronun "Xalqlar Dostluğu" stansiyasının keçidində gördüyüm mənzərə budur. Belə çətin dövrdə hər kəs vətənpərvərliyə köklənib. Amma unutmamalıyıq ki, öz vətənimizin, şəhərimizin yerlərini zibilləmək, divarları yazmaq olmaz".
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq. O bildirdi ki, məsələdən xəbərdardır və ərazi həmin gün təmizlənib:
"Metro fəaliyyətini dayandırdığı üçün həmin keçidlərdən çox az adam istifadə edir. Bu səbəbdən də küləkli havalarda yüngül məişət tullantıları metrostansiyaların girişinə toplanır. Lakin fotodan da gördüyünüz kimi tullantılar stansiyanın içərisində deyil, girişində daha çox gözə çarpır. Aidiyyəti üzrə təmizlik işləri aparılıb".

Könül Cəfərli

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR