Metyu Brayza: Azad edilmiş ərazilərdə aparılan işlərin keyfiyyətindən çox təsirləndim
İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərin keyfiyyətindən və strateji planlaşdırmadan çox təsirləndim.
KONKRET.az xəbər verir ki, bunu dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib.
"Zəngilana dünənki səfərimiz çox böyük təəssürat yaratdı. Mən Azərbaycanda hələ bu qədər genişmiqyaslı yenidənqurma işləri görməmişdim. Mən sadəcə tikinti işlərinin keyfiyyətindən deyil, strateji planlaşdırmadan dərindən təsirləndim. Bu ərazilərin yenidənqurma planı üzərində çox düşünülüb. Bu, iqtisadi həyatı, şəhərin ruhunu yenidən dirçəltmək, məcburi köçkünlərə indi Bakıda malik olduqlarından daha yaxşı həyat şəraiti yaratmaq məqsədi daşıyır", – Metyu Brayza qeyd edib.
O vurğulayıb ki, genişmiqyaslı tikinti işlərinin, həmçinin mina probleminin qalması fonunda insanların qayıdışının baş verməsi heyrətamizdir. Brayza Ermənistanın minaladığı Azərbaycan ərazilərinin dəqiq xəritəsini heç vaxt vermədiyini xatırladıb: "Məni daha iki məqam da çox heyrətləndirdi. Bütün bu planlaşdırma, tikinti, insanların qayıdışı hələ də mövcud olan mina problemi fonunda baş tutur. Çünki Ermənistan tərəfi heç vaxt (minalanmış ərazilərin) dəqiq xəritələrini verməyib. Beləliklə, qayıdan insanlar üçün risk var, çünki minalar hələ də qalır. Buna baxmayaraq, tikinti işləri çox sürətlə və uğurla aparılır. Digər güclü təəssürat isə budur ki, ehtimal ki, müasir tarixdə bu cür tamamilə dağıdılmış ərazi nümunəsi olmayıb. Bu, (dağıntılar) çox genişmiqyaslıdır. Bu ərazilər tamamilə yenidən inşa ediləcək və bu rayonlara qayıdacaq insanlar üçün normal həyat şəraiti yaradılacaq. Bu güclü reallıq, nəhəng məqsəddir və bütün dünya üçün nümunə olmalıdır".
Metyu Brayza ADA Universitetindəki konfransın uğurlu keçdiyini, Prezident İlham Əliyevin Azərbaycanın gələcəyinə dair baxışını aydın şəkildə ifadə etdiyini qeyd edib: "Konfransa gəldikdə isə bizim Prezident Əliyevlə üç saatlıq müzakirəmiz oldu və o, hər kəsin suallarına cavab verdi… O, çox aydın, səmimi, həmçinin strateji idi. O, Azərbaycanın gələcəyi üçün baxışını, həmçinin dostlarla, Mərkəzi Asiya, Avropa və ABŞ ilə əməkdaşlığı təsvir etdi"./APA
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda