"Meyvəli" bazarının Dövlət Agentliyinə 250 min borcu yaranıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi "Meyvəli" kimi tanınan məşhur bazarı məhkəməyə verib."Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, Agentlik Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Meyvəli"nin quruma 250 min manat borcu olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, iddia onunla əsaslandırılıb ki, 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, "Meyvəli" rəhbərliyi AKİA-dan mobil tipli kəsimxana avadanlıqlarını lizinqə götürüb. Lakin müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, "Meyvəli" rəhbərliyi agentliyə olan borcunu ödəməyib.
Məhkəmə iddianı qismən təmin edib. Məbləğin cərimələr hissəsi silinməklə Agentliyə 151 min manat ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, məhkəmənin qərarı ötən ilin oktyabrında çıxıb. "Meyvəli" şirkəti apellyasiya şikayəti müddətini ötürdüyü üçün yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müddətin bərpa olunmasını xahiş edib.
Xatırladaq ki, ümumi ərazisi 35 hektar olan "Meyvəli" bazarı kənd təsərrüfatı məhsullarının topdan satışı və tranziti üçün nəzərdə tutulub.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı