"Meyxananı tənqid edənlərə haqq qazandırıram" - Namiq Məna

"Təbii ki, əgər kimlərsə meyxana sənətinin gənclərə pis örnək olduğunu, onları kriminala yönləndirdiyini düşünürsə, burada meyxanaçıların da günahı var..."
azxeber.com xəbər verir ki, bu sözləri yenisabah.az-a meyxanaçı Namiq Məna deyib. O, son zamanlar efirlərdə, saytlarda və sosial mediada meyxana mövzusunun müzakirə edilməsinə, meyxananın gənclərə pis örnək olduğu və pis vərdişləri təbliğ etdiyini deyilməsinə münasibət bildirib:
"Bunu söyləyən insanlar da müəyyən faktlara söykənərək bu cür fikirləşirlər. Amma bizim janr şifahi xalq ədəbiyyatının bir qoludur, folklorumuzdur, çox qədim kökləri var. Mən bunu dəfələrlə söyləmişəm, meyxana sənətinin kökü 4-cü əsrə təsadüf edir. Bədihə janrının yaranışı çox qədimlərə söykənir, zaman keçdikcə forma etibarı ilə bu janr dəyişilib və Sovet dönəmində müəyyən qadağalara məruz qalıb. 
Mir Möhsün Nəvvabın, seyid Əzimin, Mirzə Ələkbər Sabirin, hətta Səməd Vurğunun belə bədahətən şeirləri olub. Mən bunu faktlara dayanaraq söyləyirəm. Forma etibarı ilə bu janr zaman-zaman dəyişib, ona bir az musiqi qatılıb. "Nəsimi" filmində də görürük ki, ritm altında əruzda Nəsiminin qəzəlləri söylənir. Həmin dövrdə də bədahətən şeir söyləmələr olub".
Söz ustadı qeyd edib ki, bəzən gənc meyxanaçılar bu janr haqda səhv fikir formalaşdırırlar:
"Son dövrlərdə məni də narahat edən bəzi məsələlər var. Amma bu o demək deyil ki, meyxana haqda mənfi fikir formalaşdıranlara haqq qazandırmaq olar. Bu gün bu janrın ifaçıları tərəfindən vətənpərvərlik, sevgi mövzusunda bədihələr deyilir. Bəzən mən də bir sıra mənfi hallarla rastlaşıram: etik normalardan kənara çıxılması, narkotik maddələrin təbliğatı və s. 
Təbliğat dedikdə, meyxanaçılar sırf narkotiki təbliğ etmir, sadəcə meyxanada bəzi frazalar olur, bunu el şənliklərində işlədirlər. Bu kimi hallar xoşagəlməzdir. Məni əsas narahat edən məqam isə meyxanaçıların bir-birinə qarşı təhqir işlətməsi, qısqanclıq etməsidir. Bu bəzən deyişmələrdə özünü qabarıq şəkildə büruzə verir. Bu arzuolunmazdır, çünki meyxana janrında hər birimizin zəhməti var, onun qorunub-saxlanmasında, gəlib bu günə çıxmasında rolumuz var".  
Namiq Məna meyxana sənətinin cəmiyyətə düzgün təqdim olunmasının vacibliyini vurğulayıb:  
"Bu yaxınlarda efirlərdən birinə baxırdım, həmin verilişdə də meyxananın üzərinə gəlinirdi. Orada bəzi fikirlər səsləndi, amma bu mövzuda müzakirə üçün kifayət bilgili olmaq lazımdır. Bu mövzu haqda mənim yetəri qədər bilgim var, hər zaman kitablara istinad edərək danışıram, professorların, filoloqların fikrinə istinad edirəm. Bizim janrın daşıyıcıları bədihəçi şairlərdir. Şair şeir yazır, biz isə şeiri bədahətən söyləyirik.
Meyxana haqda mənfi fikirdə olanlara da müəyyən dərəcədə haqq qazandırıram. Çünki biz meyxanaçılar buna şərait yaratmamalıyıq. Xüsusilə söhbət gənc istedadlardan gedir, onlar bu cür mənfi fikirlər səsləndirilməsinə şərait yaratdığı üçün bu cür sözlər deyilir. 
Hazırda sosial şəbəkələr elədir ki, bir məclisdə, el şənliyində meyxana deyirsən, evə çatanda görürsən ki, artıq "TikTok"dadır. Ona görə də bu nəzərə alınmalı, gənc istedadlar bu janra daha ciddi, məsuliyyətli yanaşmalıdırlar. Ümumiyyətlə, heç bir janr pis deyil, sadəcə baxır sən onu cəmiyyətə necə təqdim edirsən. Cəmiyyətə hər hansı janr yaxşı təqdim edilsə, insanların rəğbətini qazanacaq".

Şou Biznes       Tarix: 09 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler en son xeberleri xeber gunun xeberleri