Mikayıl Cabbarov: "Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır" - FOTO

Mikayıl Cabbarov: "Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır" - FOTOAzərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır.
Milli.Az Trend-ə istnadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Fransa Sahibkarlar Təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında keçirilən işgüzar görüşdə deyib.
Mikayıl Cabbarov təşkil edilmiş tədbirin iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycanda beynəlxalq əməkdaşlığa, o cümlədən Fransa ilə əlaqələrə böyük önəm verilir. Ölkələrimiz dünyanı bürümüş pandemiya şəraitində belə, tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmaqda qərarlıdırlar. Bu baxımdan MEDEF-in və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının tərəflər arasında biznes əlaqələrinin inkişafında səyləri təqdirəlayiqdir.
İqtisadiyyat naziri vebinar iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin iştirakı ilə investisiya fəaliyyəti ilə bağlı hazırlanan yeni qanun layihəsi, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə ətraflı məlumat verib.
Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı barədə danışan İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, enerji, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 65 Fransa şirkəti fəaliyyət göstərir.
Ölkələrimiz investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 mlrd. dollar, Fransa tərəfindən isə Azərbaycana 2,2 mlrd. dollar sərmayə yatırılıb. Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına həyata keçirilən və dəyəri 2,1 mlrd. dollar olan qeyri-neft layihələrində podratçı kimi də iştirak edirlər.
Koronavirus (COVİD-19) pandemiyasının mənfi təsirlərini qeyd edən İqtisadiyyat naziri vurğulayıb ki, qlobal böhran və neftin qiymətinin kəskin aşağı düşməsi şəraitində dünya iqtisadiyyatı, xüsusilə də neft ölkələrinin iqtisadiyyatı yeni çağırışlarla üz-üzədir. Mikayıl Cabbarov Azərbaycan hökumətinin pandemiya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, makroiqtisadi stabilliyin qorunması üzrə sistemli və operativ tədbirlər görüldüyünü bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb. İnsanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması məqsədilə müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir. İqtisadiyyat naziri Tədbirlər Planında iqtisadi dayanıqlığın təmin edilməsi ilə yanaşı, iqtisadi artımın yeni modelinin tətbiqinin əsas hədəflərdən olduğunu da diqqətə çatdırılıb.
Bildirilib ki, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM 3%, ilin ilk rübündə 1,1%, qeyri-neft sektoru ilin ilk 2 ayında 7%-ə yaxın, birinci rübdə isə 3%-dən çox artıb. Azərbaycan daha güclü qeyri-neft sektoru formalaşdırmaq və neftdən asılılığı azaltmaq üçün iqtisadi şaxələndirmə və qeyri-neft iqtisadiyyatının inkişafı, həmçinin iqtisadiyyatın qlobal təsirlərə davamlılığını artırmaq üçün məqsədyönlü siyasət həyata keçirir.
Hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. Buna görə də iqtisadiyyatın rəqəmsallaşması uzunmüddətli məqsəd kimi qarşıya qoyulub. İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır. Bu kontekstdə Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən MEDEF-in baş icraçı direktoru Filipp Qotye təmsil etdiyi qurumun nümayəndə heyətinin ötən ilin iyulunda ölkəmizə səfərini, nümayəndə heyətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəbul olunduğunu, keçirilmiş Azərbaycan-Fransa biznes forumunu, eləcə də imzalanmış sənədləri xatırladıb. Filipp Qotye Azərbaycanda əlverişli biznes və investisiya mühitini, ölkəmizin cəlbedici turizm ölkəsi, bir sıra rəqabətqabiliyyətli məhsulların istehsalçısı olduğunu vurğulayıb, pandemiya ilə mübarizə və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikirlərini bölüşüb.
İclasda digər iştirakçılar pandemiya və neftin qiymətinin kəskin aşağı düşdüyü hazırkı şəraitdə iqtisadi diversifikasiya və dayanıqlılığın gücləndirilməsi, iqtisadi inkişafın davamlılığını təmin edə biləcək qeyri-neft layihələrinə, Fransa şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildiriblər.
Vebinarda bank və maliyyə sektoru, kənd təsərrüfatı, İKT, innovasiyaların tətbiqi, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb. Görüşdə Azərbaycanın və Fransanın səfirləri də iştirak ediblər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 may 2020
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou sonxəbərlər valyuta mezenesi azerbaycan son xeber bugun