Mikayıl Cabbarov: Əhalinin məşğulluq məsələsi dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardandır

Mikayıl Cabbarov: Əhalinin məşğulluq məsələsi dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardandırDünya İqtisadi Forumu unikal bir platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumuna hər il dəvət alan və xüsusi sessiyalarda iştirak edən dünya liderləri sırasındadır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İctimai Televiziyada "Diqqət mərkəzi" verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Azərbaycan iqtisadi maraqlar prizmasından dayanıqlı inkişaf məqsədlərini əsas götürərək Davos Forumunun işindən maksimal dərəcədə faydalanmağa çalışır: "Bu, həmin formatda bir sıra səbəblərə görə mümkün olur. Birincisi ona görə ki, forumda dünya biznes liderləri, regiona marağı olan şirkətlərin, beynəlxalq inkişaf qurumlarının rəhbərləri, nümayəndə heyətləri iştirak edir. Forum çərçivəsində keçirilən istər ikitərəfli, istərsə də çoxtərəfli görüşlərdə, müzakirələrdə, sessiyalarda bu və ya digər ölkələrin iqtisadiyyatı ilə bağlı birbaşa müzakirələr aparılır, vacib və mühüm investisiya layihələri təqdim edilir. Bir sözlə, qərarlar qəbul edilir və rəy formalaşır. Ona görə də düşünürəm ki, ölkəmiz üçün Dünya İqtisadi Forumunun əsas əhəmiyyəti məhz bu imkanlardan mümkün qədər geniş istifadə etməkdir".
M.Cabbarov qeyd edib ki, Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir: "Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Bu, iqtisadi, o cümlədən sosial həyatın transformasiyasına təsir edir. Digər tərəfdən dövlətin qarşısına yeni çağırışlar çıxır. İqtisadiyyatın rəqəmsallaşması, innovasiyalar və süni intellekt sahələrinin, habelə yeni iqtisadi sektorların inkişaf etdirilməsi, vətəndaşların bu sahələrdə zəruri olan bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq dövlət siyasətinin həyata keçirilməsini tələb edir. Bununla yanaşı, innovativ düşüncəni, innovativ biznesi təşviq edən ekosistemin yaradılması əsas məsələlərdəndir. Davos İqtisadi Forumunun təsisçisi Klaus Martin Şvab da yüksək potensiala malik olan, sözügedən sahələrin vacibliyini dərk edən və bunu öz daxili siyasətlərində təşviq edən ölkələrlə əməkdaşlıq təşəbbüsü ilə çıxış etdi. Azərbaycan həqiqətən də bu sənədin imzalandığı nadir ölkələrdəndir. Bu sənədin çərçivəsi ondan ibarətdir ki, növbəti aylar ərzində mərkəzlə Azərbaycanın müvafiq strukturları və qurumları arasında müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq ölkəmizdə dördüncü sənaye inqilabı çərçivəsində prioritet sahə kimi müəyyənləşmiş rəqəmsal ticarətin inkişaf etdirilməsi, genişləndirilməsi, bu sahədə layihələrin ortaya qoyulması, dövlət siyasətinin tətbiqi yoxlanılacaq".
İqtisadiyyat naziri əlavə edib ki, bu mərkəz bölgədə ilk dəfə yaradılır: "Bölgə dedikdə, mən Xəzəryanı ölkələri, Orta Asiya və Cənubi Qafqazda yerləşən ölkələri nəzərdə tuturam. Bu məsələnin vacibliyinə toxunsaq, ilk növbədə onu vurğulamaq lazımdır ki, ölkəmizdə innovativ iqtisadiyyatın inkişafı prioritet sahələrdən biri kimi qeyd edilib. Cənab Prezidentin müvafiq qərarı ilə startap sahəsində ixtisaslaşmış təşkilat və Prezident Administrasiyasında bu məsələlərə cavabdeh olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsi təsis edilib. Bu, dövlətin bu sahəyə verdiyi önəmin aydın göstəricisidir".
Nazir Davos Forumu çərçivəsində xarici investorların Azərbaycana olan marağının səbəblərindən də danışıb. Bildirib ki, xarici investorların Azərbaycana marağının artmasının bir neçə səbəbi var: "Əgər biz çərçivədən danışırıqsa, çərçivə ondan ibarətdir ki, Azərbaycan bu gün dünya xəritəsində sürətlə inkişaf edən, əhalisinin sayı artan, böyükmiqyaslı layihələrin təşəbbüsçüsü və iştitakçısı olan, istər neft-qaz, istər nəqliyyat, istərsə də digər sahələrdə aparıcı rol oynayan bir dövlət kimi xarakterizə edilir. Əgər biz bloklara bölsək, investorlar sərmayələrin uğurlu olması üçün onlara nələr lazım olduğunu, hansı faktorların zəruri olduğunu bilirlər. Bunlar ölkədəki siyasi, makroiqtisadi sabitlikdir, inkişaf perspektividir, regiona və dünyaya açıqlıqdır, o mənada ki, təkcə yerli deyil, regional bazarlara da çıxış imkanları olsun. Eyni zamanda, bizim nəqliyyat infrastrukturumuzun inkişafı, qonşularımızla - biri istisna olmaqla, aparılan açıq ticarət əlaqələri, sabit siyasi münasibətlər də vacib amillərdəndir. Bu faktorların hamısı ölkəmizdə mövcuddur.
Təbii olaraq, xüsusi vurğulamaq istərdim ki, artan marağın səbəblərindən biri də ölkədə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən və artıq öz bəhrəsini verən sosial-iqtisadi islahatların növbəti mərhələsidir. Xüsusilə, son iki il ərzində islahatların dərinliyi, əhatə dairəsi həm investorların, həm də Dünya İqtisadi Forumunda iştirak edən təhlilçilərin suallarında, şərhlərində birmənalı şəkildə vurğulandı. Bir sözlə, ölkədə investisiyaların cəlbi üçün biznes mühitinin bundan sonra da genişləndirilməsi perspektivi, digər tərəfdən, ölkəmizdə həllini gözləyən açıq məsələlərin müzakirəsi və bunların həlli üçün tədbirlərin həyata keçirilməsi kimi faktorlar investorların ölkəmizə olan marağını artırır. Bu sərmayələr Azərbaycan üçün nə verir? Bu sərmayələr bilik, bacarıq deməkdir, bilirsiniz ki, müasir iqtisadiyyat sahələri biliyə əsaslanır. Xarici sərmayə gəldikcə özü ilə yalnız vəsait deyil, yeni texnologiyalar, sənayelər də gətirir, yeni iş yerləri, başqa sözlə, dayanıqlı inkişafın iki əsas komponenti olan iqtisadi artım və əhalinin məşğulluğu kimi amillərin həll edilməsinə böyük töhfə verir".
M.Cabbarov vurğulayıb ki, əhalinin məşğulluq məsələsi dövlət başçısı tərəfindən daim qarşıya qoyulan əsas tapşırıqlardandır: "Cənab Prezidentin sədrliyi ilə bu ilin 13 yanvar tarixində Nazirlər Kabinetinin sosial-iqtisadi məsələlərin müzakirəsinə həsr olunmuş iclasında da bu tapşırıq qarşımızda qoyuldu. Əgər 2019-cu ilin nəticələrinə nəzər salsaq, görərik ki, ölkədə həyata keçirilən islahatların nəticəsində biz 157 min yeni iş yerinin yaradılmasına nail olmuşuq, onlardan 99 mini qeyri-neft sektorundadır. Bunlar da dövlət tərəfindən xüsusi vergi güzəştləri tətbiq olunan yerlərdir. Bu, həm də mövcud olan iş yerlərinin kölgədən çıxmasına və rəsmiləşməsinə müsbət təsir göstərib. Qarşımızda duran digər əsas bir tapşırıq da odur ki, biz yeni iş yerlərinin yaradılmasını davamlı və dayanıqlı etməliyik. Ona görə biz iqtisadi inkişaf barədə söz açanda hər zaman dayanıqlı inkişaf konsepsiyası barədə danışırıq.
Artan əhali ölkənin artan gücü deməkdir, iqtisadi nöqteyi-nəzərdən baxsaq, ölkə bazarının alıcılıq qabiliyyətinin artması deməkdir. Sosial nöqteyi-nəzərdən isə yeni məktəblər, yeni xəstəxanalar tikirlir və sirr deyil ki, bu sahələrlə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir. Son 16 il ərzində tikilən məktəblərin sayı 3300-ə yaxınlaşır, həmçinin yüzlərlə xəstəxana binası tikilib, yeni yollar salınıb. Artan əhali həm də artan istehlak deməkdir. İqtisadiyyatda mallara və xidmətlərə olan tələbat əsas drayverlərdən biridir. Bu, yeni ailələr, yeni mənzillər, məişət avadanlıqları deməkdir və s. Bu baxımdan, əhalinin artımı qarşımızda yeni imkanlar açır. Əsas vəzifə bütün bu faktorları strateji baxımdan məhz düzgün şəkildə təhlil edərək ardıcıllığı təmin etməkdir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər