Mikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEO

Mikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEO
"Müharibənin ilk günündən doğma Azərbaycanımızın sevinci və ağrısını paylaşdıq".
Bunu Media.Az-a müsahibəsində Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta bildirib.
Onun sözlərinə görə, hazırda Avstraliyada İran və Azərbaycandan təxminən 30 min azərbaycanlı var.
"Bütün azərbaycanlıları təşkilatımıza qəbul edirik. Dəstəyə ehtiyacı olanlara, xüsusən də bu yaxınlarda gələnlərə bacardığımız qədər kömək edirik. Uzun illərdir burada yaşayan azərbaycanlılar təcrübələrini onlarla bölüşür və uyğunlaşmağa kömək edirlər".
Mikayıl Oyta Azərbaycanla, Dağlıq Qarabağla bağlı vəziyyətin Avstraliyada diqqətlə izlədiklərini vurğulayıb:
"Vətən uğrunda canlarından keçmiş şəhidlər, Ermənistan ordusunun Gəncə, Bərdə və Tərtərə edilən cinayətkar hücumları barədə xəbərləri göz yaşlarımızla izlədik. Ordumuzun torpaqlarımızı, kəndlərimizi, şəhərlərimizi bir-birinin ardınca azad etdiyini eşidəndə qürur duyduq və sevincdən ağladıq.
Bu məsələləri Avstraliya hökuməti ilə də müzakirə etdik. Federal hökumətin nümayəndələri ilə görüşdə iştirak etdik, iki saat ərzində onlarla Azərbaycanın mövqeyini bölüşdük, Avstraliyada yaşayan ermənilərin separatçıları maliyyələşdirdiyini qeyd etdik, diqqətimizi erməni diasporunun təhdid və təxribatlarına yönəltdik".
Assosiasiya rəhbəri hazırda ölkədə 15 minə yaxın ermənininin yaşadığını, onların bir çoxunun yerli miqyasda zəngin, nüfuzlu insanlar olduğunu və "Avstraliyanın Erməni Milli Komitəsi" diaspor təşkilatının damı altında birləşdiyini deyib:
"Fonda yığılan pul lobbiçilik üçün istifadə olunur. Məsələn, hökumət səviyyəsində ermənilərin maraqlarını təmin edəcək lazımi parlamentarinin seçilməsinə xərclənir. Ermənilərin bu deputatları qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gətirməsi halları olub. Məsələn, keçən il belə bir hadisə yaşanıb".
Mikayıl Oyta Avstraliya federal hökumətinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladaraq, bu parlamentarilərin davranışlarının hökumətin mövqeyinə və milli maraqlarına zidd olduğu üçün qınandığını vurğulayıb.
"Biz həmin vaxt dərhal reaksiya verdik, aksiyalar təşkil etdik, federal hökumətə məktublar yazdıq. Allaha şükür, indi bütün Qarabağ ərazisi Azərbaycanın nəzarətindədir və onun azad edilməsindən çox məmnunuq", - deyə Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri vurğuladı.
Mikayıl Oyta Azərbaycanın tarixi qələbəsinin erməniləri mənəvi böhrana saldığını qeyd edib:
"Onlar federal hökuməti müharibədə Ermənistana kömək etməməkdə günahlandırmağa başladılar. İndi Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq və onları seçkilərdə dəstəkləməmək niyyətindədirlər", - deyə o, bildirib.

Mikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEOMikayıl Oyta: "Avstraliya erməniləri yerli hakimiyyət nümayəndələrindən intiqam almaq niyyətindədir" - VİDEO

Siyasi       Tarix: 07 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son vəziyyət qarabag xeberler bu qun