Milli Məclis: 'Eldəniz Səlimova deputat maaşı veriləcək
"Toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimova deputat maaşı veriləcək".
Bunu "Report"un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, E.Səlimovun toxunulmazlığı ləğv edilib, amma mandatı alınmayıb: "Buna görə də ona deputat maaşı veriləcək. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa, onun deputat səlahiyyətlərinə xitam veriləcək və Eldəniz Səlimova maaş verilməyəcək".
İntizam komissiyanın katibi onu da bildirib ki, E.Səlimova deputatlıq səlahiyyətləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmayıb: "Sadəcə onun toxunulmazlığı əlindən alınıb".
Qeyd edək ki, "Milli Məclis deputatının statusu haqqında" qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.
Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Baş prokuror Kamran Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" parlamentə təqdimat göndərib. Parlamentin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında təqdimata baxılaraq E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı