Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB-2

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB-2Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat müzakirəyə çıxarılıb.
KONKRET.az xəbər verir ki, Bəyanatı Ramin Məmmədov oxuyub.
Bəyanatda deyilir:
– Fransa Senatının hər iki palatasında qəbul edilən sənədlər Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə Fransa və Azərbaycan arasında imzalanan müqavilənin bəndlərini pozur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir. Erməni qruplarının Azərbaycanın Fransadakı səfirliyinə qarşı faşist əməllərinin qarşısının alınmaması Fransanın Ermənistanı müdafiə etdiyini göstərir. 30 ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəblərindən biri də Fransanın Ermənistanı müdafiə edərək, status-kvonu saxlamaq cəhdləri olub. Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını ifadə edən Fransa deputatları BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda əksər dövlətlərin iki dövlət arasında sərhədlərin delimistasiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarını görməzdən gəlir. Senat Fransanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən öz çirkin əməlləri üçün istifadə etdiyini sübut edir. Qətnamədə Laçın dəhlizi ilə bağlı bənd bu qətnamə müəlliflərinin yerdəki vəziyyətdən nə qədər bixəbər olduğunu göstərir. Fransanın bu addımı Cənubi Qafqazda iki ölkə arasında bütün münasibətlərə zərbə vurur.
Fransaya törətdiyi bəzi həqiqətləri xatırladırıq. Fransanın törətdiyi müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Fransa tərəfindən törədilmiş soyqırım cinayətləri Fransa tarixində silinməsi mümkün olmayan qara ləkədir. Eyni zamanda Fransa işğal etdiyi Əlcəzair ərazisində 1,5 milyon mina basdırıb. Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. Əlcəzairin işğalı dövründə 1 milyondan çox insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə "şəhid ölkə" adlanır. Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir hissəsi kimi qəbul edir.
Fransa məqsədli şəkildə Əlcəzairdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Eyni şəkildə Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında bunu edib. Tarixə elm adamlarının soyqırımı kimi həkk olunan hadisəni də fransızlar təşkil edib. Çadda 400-ə yaxın müsəlman elm adamlarının hamısını Fransa güllələyib. 1994-cü ildə Fransa Ruandada təhlükəsiz zona yaratmaq adı ilə Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Qətliamda Fransa məsuliyyət daşıyıb.
Fransanın himayə etdiyi erməni terrorçular müttəfiqi olduğu Ermənistanda qəhrəman kimi qəbul edilib və sonradan Azərbaycanda qarşı terror aktları törədiblər. Fransa parlamentarilərini ilk öncə öz ölkəsini müstəmləkəçilik siyasətindən çəkindirməyə çağırırıq. Fransanı törətdiyi insanlığa qarşı cinayətləri tanımağa, Fransanı təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəməyə, Fransanı cinayət törətdiyi ölkələrdən üzr istəməyə çağırırıq.
Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:
– Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.
– Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması.
– Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,
– Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması,
– Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması,
– Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.
– İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması.
– Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması.
Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
***
15:49
Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb.
KONKRET.azxəbər verir ki, komissiyanın rəhbəri parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təyin edilib.
Komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.
Komissiya artıq bəyanatın mətninin hazırlanmasına başlayıb.
***
15:11
Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.
KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, MM tərəfindən həm qətnamə, həm də Fransanın sön dövrdə fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:
"Təklif edirəm ki, bəyanatın qəbul edilməsi iclasın gündəliyinə daxil edilsin".
Təklif qəbul olunub.
S.Qafarova əlavə edib ki, Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibəti dəfələrlə müşahidə olunub:
"Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son iki ildə Fransa parlamenti bir neçə dəfə bizim ölkəmiz barədə ədalətsiz mövqe nümayiş etdirmişdi. Fransa Senatının qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır. Hər sətrindən Azərbaycan xalqı və dövlətinə nifrət yaradan qətnamə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və qəsbkarlıq siyasətinə haqq qazandırmaq və niyyətə görə bir akt kimi qiymətləndirilməlidir".
Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə qəbul edilib. Azərbaycan XİN açıqlama yayaraq bildirib ki, bu qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.

Siyasi       Tarix: 16 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər qarabag krminal bu gun xeberler az