Milli Məclis gələn ay dövlət büdcəsinin icrasına baxacaq
"2021-ci ildə 44 audit aparılsa da, 50%-i hesabatda göstərilməyib".
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında" Hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, satınalmalarla, tenderlərlə bağlı məsələlər hər il Hesablama Palatası tərəfindən göstərilir: "Amma biz bunlarda hansısa inkişaf görmürük. Dövlət vəsaitinin xərclənməsində pozuntular daha pis səviyyədə davam edir. Burada Hesablama Palatası öz mövqeyini ortaya qoymalıdır. May ayında dövlət büdcəsinin icrasına baxacağıq. Büdcənin icrası ilə bağlı məsələlərə ildə 3, 4, bəlkə də 5 dəfə baxılmalıdır. Bunun üçün Hesablama Palatası bizə müraciət edə bilərdi. Bununla bağlı "Hesablama Palatası haqqında" qanuna dəyişiklik edə bilərik. May ayında Milli Məclis artıq büdcənin icrasına baxanda pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib. Buna qədər Hesablama Palatası bu icraya nəzarət edə bilər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı