Milli Məclisdən qalmaqallı bəyanata cavab - MƏTN

Milli Məclisdən qalmaqallı bəyanata cavab - MƏTNMilli Məclis Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb.
KONKRET.az bəyanatı təqdim edir:
"Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir. Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir.
Görünən odur ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir. Torpaqlarımızın 30 illik işğalına, yüzlərcə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına daim etinasız qalmış, 1 milyon qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasını görməzdən gəlmiş Avropa Parlamenti 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı qətnamənin qəbulu ilə cavab vermişdir.
Bunu da xatırlatmaq yerinə düşər ki, Avropa Parlamenti COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hibrid hücumlarda əsas alətlərdən biri kimi istifadə olunmuşdur. Bu da dəfələrlə sübuta yetirilmişdir ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir. Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir.
Avropa Parlamentinin siyasi simasının bir sıra xarakterik cizgiləri Azərbaycanla yanaşı, bu qurumun əsassız və cəfəng ittihamları ilə üzləşmiş çoxsaylı ölkələrə də yaxşı məlumdur. Bu qətnamə Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyur və onun real niyyətlərini ifşa edir.
Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsi bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut edir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır.
Təəssüf doğuran digər məqam budur ki, müəyyən proseslərə ardıcıl surətdə səlibçilik mövqeyindən yanaşan Avropa Parlamenti islamofob və türkofob meyillərin aşkar ifadə olunduğu platformaya çevrilmişdir. İslam və Türk dünyasının ayrılmaz parçası olan Azərbaycana qarşı bu cür qərəzli hücumlar Avropada eyni tendensiyaları idarə edən müəyyən qrupların əlavə siyasi dividend qazanmaq niyyətini açıq büruzə verir. Avropa Parlamentinin bu qətnaməsinin geniş miqyaslı bir planın tərkib hissəsi olduğu da şübhəsizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədə qalib gəldiyi kimi, sülhü də qazandığı danılmaz bir reallıqdır. Məhz dövlət başçısının qətiyyətli siyasəti Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsi baxımından həlledici olmuşdur.
İndi isə bəlli olur ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər.
Nəticə etibarilə, bütün qeyd edilənləri nəzərə alaraq qətiyyətlə söyləmək olar ki, Avropa Parlamenti növbəti dəfə öz məkrli niyyətlərini heç bir əsası olmayan, birtərəfli və yalan iddialar üzərində qurulmuş arqumentlərlə pərdələməyə çalışır.
Azərbaycan Respublikasının Milli Məclisi bir daha Avropa Parlamentinin məlum qətnaməsini qətiyyətlə rədd edir və onu qəbulolunmaz hesab edir. Belə qətnamələr Azərbaycana heç bir şəkildə təsir edə və ölkəmizi öz yolundan döndərə bilməz".

Siyasi       Tarix: 20 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ turist və biznes vizaları üçün 20 min dollara qədər depozit tətbiq edəcək

ABŞ avqustun 3-dən etibarən bəzi ölkələrin vətəndaşları üçün turist və biznes vizaları üzrə depozit sistemi tətbiq edəcək. KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş bildirişind

Rubinyandan müxalifətə ironik SUAL: "Bilirsinizmi, fraksiyanız səsvermədə niyə iştirak etməyəcək?"

Ermənistan parlamentində Milli Assambleyanın sədr seçkisi öncəsi siyasi qarşıdurma yaşanıb. KONKRET.azxəbər verir ki, "Ermənistan" fraksiyası parlament sədrinin seçilməsi ilə bağlı keçiriləcək qapalı səsverməd

Yaponiya Baş naziri Azərbaycana təşəkkür etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib. " "a istinadla xəbər veri

Netanyahu hansı ölkədə həbs oluna bilər? - HÜQUQİ DETALLAR

"Beynəlxalq hüquq təşkilatlarının, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarları hüquqi baxımdan məcburi xarakter daşısa da, onların icra mexanizmləri milli məhkəmələr qədər güclü deyil. Bu baxımdan Benyami

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərd

Misirdə ABŞ obyekti VURULDU

Misirin Damietta limanında Birləşmiş Ştatlara məxsus və Marşall Adaları bayrağı altında üzən mayeləşdirilmiş təbii qaz (LNG) saxlamaq üçün istifadə olunan üzən obyekt pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. KONKRET.azxəbə

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsu

"Liderin ölümündən hücumdan bir saat sonra xəbər tutduq" - Qalibafdan ŞOK ETİRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf hərbi eskalasiyanın ilk gününün təfərrüatlarını bölüşüb. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, İran rəhbərliyi liderinin həlak olduğunu hələ martın 9-da, ilk bombalamalarda

İrana mümkün hücumla bağlı kritik ssenari... - Nələr olacaq?

ABŞ-ın İranda yerləşən və strateji əhəmiyyət daşıdığı bildirilən Qazma dağına mümkün zərbə endirməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Ekspertlər xəbərdarlıq edirlər ki, belə bir ssenari təkcə İran üçün deyil


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler xeberler bu qun bu gunun xeberleri haqqinda melumat bugunun xeberleri