Milli varlığımızı əks etdirən Novruz təbiətin oyanışının təcəssümüdür

Milli varlığımızı əks etdirən Novruz təbiətin oyanışının təcəssümüdürMilli varlığımızı əks etdirən Novruz təbiətin oyanışının təcəssümüdür
Xalqımızın  sahib  olduğu  multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində qonaqpərvərliyin əlaməti və müxtəlifliyin simvolu sayılan Novruz bayramının xüsusi yeri var. Xalqımızın fəlsəfəsinin əsasını, mədəniyyətini, milli və mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan Novruz – həm də paylaşılan dəyərin bir hissəsi olduğumuzu açıq şəkildə göstərən qlobal bir dəyərdir. 
Bu bayramın Azərbaycanın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan Ulu Öndər Heydər Əliyev azərbaycanlıların Novruz bayramını hər zaman təntənəli şəkildə qeyd etməsi üçün daima bu bayrama xüsusi qayğı ilə yanaşar və xalqın yanında olardı. Bu gün Prezident İlham Əliyev bu ənənəni uğurla yaşadır və bu qədim bayramı öz xalqı və ölkəmizin qonaqları ilə birgə qeyd edir. Əcnəbi qonaqlar məhz Novruz bayramını çoxmədəniyyətli Azərbaycanda həmrəy olaraq qeyd etmək üçün ölkəmizə səfər edirlər. 
Müstəqil dövlətlərin ümumi platforması hesab edilən Birləşmiş Millətlər Təşkilatının təqvimində xüsusi yeri olan Novruz sülhü, regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirir. Sülh xalqlar arasında ortaq dəyər, qarşılıqlı hörmət, əməkdaşlıq və mədəniyyətlərarası dialoq olduğu zaman mövcuddur. 
Maddi və mənəvi irsin, abidələrin ən böyük mühafizəçisi, himayədarı olan UNESCO Azərbaycana aid olan bir neçə dəyəri öz siyahısına daxil edib. Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü, istərsə də mənəvi sərvətləri hər zaman dünyanın marağını özünə cəlb edib.  
Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.
UNESCO-nun müvafiq siyahısına salınmış Novruz da milli maraqlarımızı, azərbaycançılığımızı özündə yaşatmaqla yanaşı, həm də bəşəri məqsədlərə xidmət edən bir bayram olaraq dünyada Azərbaycanın eşidilən səsidir.
Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunur: su, od, torpaq və yel çərşənbələri adlanır və bahar nəhayət başlayır.  
Odlar Yurdu Azərbaycan bununla bağlı zəngin ənənələrə malikdir. Od – təmizlənmə və aydınlaşma rəmzidir. Azərbaycanda cəmiyyətin təməli hesab olunan ailə dəyərləri Novruzda daha da güclənir və bayram ənənələrinə uyğun olaraq hər kəs odun ətrafına toplaşır. Bu mənada, "Yel Çərşənbəsi" ölkədə olan həmrəyliyə, birliyə, "Su Çərşənbəsi" insanların həyat eşqinə işarədir.  
30 illik həsrət Ali Baş Komandan, Böyük Sərkərdənin rəhbərliyi və xalqın həmrəyliyi ilə sona çatıb, xalqımız Novruzu artıq doğma Qarabağımızda böyük coşqu və təntənə ilə tonqal ətrafında qeyd edəcəkdir. 
Məzahir Əfəndiyev
Milli Məclisin deputatı /oxu.az

Siyasi       Tarix: 18 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər son xeberler bugun 2026 azerbaycan axsam.az xeberler xeber