"Mina xəritələri ilə bağlı müəyyən qurumlara müraciət etmişik" - Ombudsman
"20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq günüdür. Biz şəhidlərimizi hörmət və ehtiramla anırıq. 32 il əvvəl sovet ordusu dinc əhaliyə divan tutdu. Ulu öndər Heydər Əliyev bütün təhdidlərə baxmayaraq, xalqın faciəsinə biganə qalmayaraq onun yanında oldu. Təəssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi hələ də verilməyib".
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
Səbinə Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu hadisəyə hüquqi-siyasi qiyməti verdi:
"2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olundu. Mina xəritələrinin düzgün olmamasına görə məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtması prosesi ləngiyir. Çünki Ermənistan bütün əraziləri minalayib. Bununla bağlı müəyyən qurumlara müraciət etmişik. Lakın təəssüf ki, hələ də ikili standartlar mövcuddur".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı