"Mina xəritələri Xankəndidədir, götürsünlər" – Paşinyanın adamından qeyri-ciddi açıqlama
"Azərbaycan sərhədlərimizi keçəndə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutduq, amma heç bir müsbət cavab almadıq".
KONKRET.az erməni mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin keçmiş müavini, hakim "Mülki Müqavilə" partiyasını parlamentdə təmsil edən deputat Qaqik Melkonyan deyib.
O, diqqətə çatdırıb ki, sərhəd pozulduqda buna adekvat cavab vermək KTMT-nin məsuliyyətinə daxil olsa da, onlar bunu etməyib.
"Düşmən bizim sərhədlərimizi keçəndə KTMT ilə əlaqə saxladıq, lakin heç bir müsbət cavab almadıq. Qazaxıstanda çevriliş olanda isə KTMT qrup yaradıb qiyamı yatırdı, çünki bu, Rusiyanın iradəsi idi. Amma sərhədlərimizdə eskalasiya olanda Rusiya reaksiyasız qaldı. Aİ müşahidəçiləri gələndə dedilər ki, qoy, bizimkilər də gəlsin", – deyə Melkonyan bildirib.
Erməni deputat KTMT-dən çıxmaq məsələsində səbirli olmağı məsləhət görüb: "Biz bəzən çox irəli gedirik, səbirli olun, hər şeyin öz vaxtı var".
Azərbaycan tərəfinin niyə erməni əsirlərini qaytarmadığını soruşduqda deputat belə cavab verib: "Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzurdan imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var".
Bakının Ermənistandan minalanmış xəritələri verməsi tələbinə Melkonyan yekəxanalıqla cavab verib: "Azərbaycan Qarabağı ermənisizləşdirib, mina xəritələri isə Xankəndidə qalıb, gedib götürsünlər".
Xatirə SADİQ,
KONKRET.az

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"