Minarəsinin bərpasına 1 milyon manat ayrılan məscidin təmirində yeyintiyə yol verilib

Minarəsinin bərpasına 1 milyon manat ayrılan məscidin təmirində yeyintiyə yol verilibMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan yoxlamalar zamanı abidələrin bərpa-konservasiyası və abadlıq işlərində nöqsanlar aşkarlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik auditinin nəticələrinə dair hesabatında qeyd olunub.
2014-2020-ci il dövründə 13 abidənin bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün cəmi 603 570 manat məbləğində 13 satınalma müqaviləsi bağlanaraq icra edildiyi halda, 1 yanvar 2021-ci il tarixə həmin abidələrdən, layihə-smeta xərci 75 543,6 manat təşkil edən Şəki şəhərindəki Gileyli məscidinin minarəsi istisna olmaqla, heç birində bərpa-konservasiya işlərinin aparılmaması və abidələrin təbii (zəlzələ, sel və daşqın, hava şəraitinin təsiri altında təbii erroziya və s.) və antropogen (insanlar tərəfindən Abidələrin bilərəkdən və ya bilməyərəkdən, ehtiyatsızlıqdan dağıdılması) amillərin təsiri altında bərpa-konservasiyaya ehtiyac səviyyəsinin dəyişilməsi baxımından qeyd edilən layihə-smeta sənədlərinin zamanla aktuallığının itirilməsi və bununla da həmin sənədlərin hazırlanmasına çəkilən xərclərin səmərəliliyi və nəticəliliyinin azalması risklərinin yaranması aşkarlanıb.
Həmçinin, Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş 1 099 707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə minarənin pilləkəninin bərpası üzrə taxtadan əltutan və üzlük lövhələrin hazırlanması, bərk cinsli pəncərə bloklarının qoyulması, taxta döşəmənin bərpası və plintusların vurulması, taxta balyansinlərin qurulması, II dərəcəli oyma işlərinin görülməsi və həmin hissələrin laklanması üzrə müqavilədə cəmi 12 827,1 manat, minarənin ətrafında 25 kvadratmetr sahədə yaşıllıq işləri üzrə cəmi 6 008 manat, ümumilikdə 18 835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.
Auditor hesabatında Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə cəmi 18 835,1 manat məbləğində yerində aşkar olunmayan işlərin sona çatdırılma tarixinə faktiki yerinə yetirilmə vəziyyətinin Xidmət tərəfindən araşdırılması, nəticələrə müvafiq tədbirlərin görülməsi, abidələrdə bərpa, konservasiya və təmir işləri üzrə gələcəkdə belə halların baş verməməsi üçün həmin işlər üzərində müəllif və texniki nəzarət tədbirlərinin gücləndirilməsi tövsiyə olunub.

Sosial       Tarix: 14 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


yeni xeberler son xeberler azerbaycan xeberleri idman xeberleri son xəbərlər bugün 2026 cəbhədən şad xəbər xəbər az