Mingəçevirə "Kalaşnikov" avtomatı satmağa gələn keçmiş məhkum tutuldu - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində Şamil adlı şəxsin odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Şamil Behbudov saxlanılıb. Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman Şamil Behbudova məxsus çantadan "AK-74" markalı avtomat, 30 ədəd həmin silaha məxsus patron və sandıqça aşkar olunaraq götürülüb.
Ş.Behbudov ifadəsində "Kalaşnikov" markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırmalar zamanı saxlanılan şəxsin avtomatı satmaq məqsədilə Bərdədən Mingəçevir şəhərinə gəldiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Behbudov barəsində həbs qətimkan tədbiri seçilib.





Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
"Neftçi"dən böyükhesablı qələbə
Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Bu məhsullar gömrük rüsumundan azad edilir