Minlərlə agentin məlumatları oğurlandı - Haker qrupu kütləvi hücuma keçdi

Minlərlə agentin məlumatları oğurlandı - Haker qrupu kütləvi hücuma keçdi"ShinyHunters" haker qrupunun ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) bazasına daxil olaraq minlərlə hazırkı və keçmiş agentin, eləcə də qurumda işləmək üçün müraciət edən şəxslərin məlumatlarını oğurladığı iddia olunur.
Hakerlərin açıqlamasına görə, onların əlinə FTB-nin hazırkı və keçmiş əməkdaşlarının böyük hissəsinə, həmçinin işə qəbul üçün müraciət etmiş şəxslərə dair məlumatlar keçib.
"ShinyHunters" iddialarını təsdiqləmək üçün FTB-nin əməkdaş axtarışı ilə bağlı FBIjobs.gov saytının hakerlər tərəfindən dəyişdirilmiş görüntüsünü və təxminən 5 min agentə aid məlumatları yayıb. Qrupun bildirdiyinə görə, bu məlumatlar oğurlanan informasiyanın yalnız bir hissəsidir.
Məlumat nümunələri arasında FTB agentlərinin adları, ev ünvanları, sosial sığorta nömrələri, vəzifələri, bəzi hallarda isə ailə üzvlərinin adları yer alır.
"Reuters" əldə olunan məlumatların bir hissəsinin həqiqiliyini kredit bürolarının məlumatları və daha əvvəl oğurlanmış informasiyalarla müqayisə etməklə qismən təsdiqləyə bilib.
Hakerlər "darknet"də yayımladıqları açıqlamada və "Reuters" jurnalistləri ilə yazışmalarında hücuma səbəb kimi FTB-nin 2026-cı ilin mayında "ShinyHunters" qrupunun fəaliyyət metodlarını açıqlayan və zərərçəkənlərə hakerlərə fidyə ödəməməyi tövsiyə edən məlumatını göstəriblər.
"ShinyHunters" dünyanın ən tanınmış haker qruplarından biri hesab olunur. Qrupun son dövrlərdə həyata keçirdiyi hücumlar arasında "Grand Theft Auto" oyun seriyasının yaradıcısı "Rockstar Games" şirkətinə aid milyonlarla biznes qeydinin oğurlanması ilə bağlı iddia, həmçinin ABŞ məktəblərində genişmiqyaslı problemlərə səbəb olan "Canvas" təhsil platformasına hücum da var.
Qeyd edək ki, FTB-yə aid məlumatların kütləvi şəkildə oğurlanması ilə bağlı iddiaların bütün detalları hələ müstəqil şəkildə təsdiqlənməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisə       Tarix: 24 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Salyanda motosiklet piyadanı vuraraq öldürdü

Salyanda motosiklet piyadanı vuraraq öldürüb. APA-ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. "Muravey" markalı motosiklet yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada xəstəxanad

Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya

Paris məhkəməsi 45 yaşlı amerikalı televiziya ulduzu və sahibkar Kim Kardaşyana 2016-cı ildə baş vermiş silahlı soyğun üçün simvolik olaraq 1 avro məbləğində kompensasiya təyin edib. xəbər verir ki, həmin soyğun zamanı cinayətkarla

İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI

"Kurtlar Vadisi Pusu" serialında Kazım Kaşifoğlu obrazını canlandıran aktyor Sedat Savtak qatıldığı televiziya proqramında rolu ilə bağlı diqqətçəkən məqamları bölüşüb. Aktyor canlandırdığı personajın real həyatdak

62 yaşlı kişi evində ölü tapıldı

Beyləqanda kişi meyiti tapılıb. -a istinadla xəbər verir ki, 62 yaşlı İdris Qeyib oğlu Qədimovun meyiti yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır

Bakıda marketdə qadını döyən şəxs həbs edildi

Paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub.  "Unikal"a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes"

Anbardan 51 min manatlıq kombi aparatları oğurlandı - 4 nəfər saxlanıldı

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb. xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd

Məşhur aktrisa vəfat edib

Tanınmış rusiyalı aktrisa Anna Şerlinq 46 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Anna Şerlinqin ölüm xəbərini atası, tanınmış teatr rejissoru və xoreoqraf Yuri Şerlinq də təsdiqləyib

Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü

Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb. xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəz


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər son xabar havanın temperaturu bugunun xeberleri