MİQ-də yüksək nəticə göstərən: "Rayonların da savadlı müəllimə ehtiyacı var" - AÇIQLAMA

MİQ-də yüksək nəticə göstərən: MİQ-də yüksək nəticə göstərən: "Rayonların da savadlı müəllimə ehtiyacı var" - AÇIQLAMA
"Gecə-gündüz kitab əlimdən yerə düşmürdü. Çox çalışırdım".
Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün Müəllimlərin İşə Qəbulu üzrə keçirilən imtahanda yüksək nəticə göstərən Röyal Kərimov deyib.
Xatırladaq ki, ötən gün ən yüksək nəticə toplayan müəllimlərin adları açıqlanıb. Test imtahanı mərhələsində coğrafiya fənni üzrə yüksək nəticə göstərənlərdən biri də Röyal Kərimov (100 mümkün baldan 91,25) olub.
Onun sözlərinə görə, kurikulum çətin olduğu üçün maksimum nəticə əldə edə bilməyib:
"İlk dəfə idi imtahan verirdim. 27 yaşım var. 2021-ci ildə universiteti bitirdim. Beş ay coğrafiya fənninə, iki ay da kurikuluma hazırlaşdım. Kurikulumdan suallar çətin və qarışıq idi. Kurikulum normal düşsəydi, 100 bal toplayardım. Coğrafiyadan 40, kurikulumdan 13 suala düzgün cavab vermişəm. Çox adam mənə deyir ki, "bu bal ilə şəhərə getməlisən". Lakin düşünürəm ki, təkcə şəhərin yox, rayonların da savadlı müəllimlərə ehtiyacı var. Özümə uyğun məktəb seçəcəyəm".
R.Kərimov maksimum nəticənin onun üçün gözlənilən olduğunu söyləyib:
"İmtahanın bitməyinə 1 saat 15 dəqiqə qalmış artıq sistemdən çıxdım. Ekrandan özüm balı görməmiş nəzarətçi dedi ki, "təbrik edirəm". Nəzarətçi deyəndən sonra ekrana baxdım, çox sevindim. Amma nəticə gözlənilən idi. Hətta maksimum nəticə gözləyirdim. Çox çalışırdım. Gün ərzində kitablar əlimdən yerə düşmürdü. Gecə saat 4-də yatıb, 7-də qalxıb hazırlaşırdım. Özüm Cəlilabad rayonunda yaşayıram. 2013-cü ildə məktəbi qurtardım. Həmin il Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. Maliyyə çatışmazlığından təhsil ala bilmədim. Daha sonra əsgər getdim. 2016-cı ildə üç il fasilədən sonra, hazırlaşmadan imtahan verdim. Coğrafiyadan 25 suala düzgün cavab vermişdim. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına daxil oldum. 2021-ci ildə universiteti bitirdim".
"İradən möhkəm olmasa, uğur əldə edə bilməzsən. Diqqətli olsan, daha yaxşı qavrayarsan. Hər insanın problemi var. Müvəqqəti olaraq kənara qoymaq lazımdır. Diqqətini dərsə verməlisən. Allah da çəkdiyin əziyyətin nəticəsini verir. Müəllim bir lampadır. Lakin lampanın da güclüsü və ya zəifi ola bilər. Güclü işıq saçmalıdır ki, cəmiyyət daha çox bəhrələnsin. Gələcək parlaq olsun. Gələcəyin aydınlığı, gənclərimizin savadlılığından asılıdır. Gənc savadlıdırsa, deməli gələcəyimiz aydındır, təhlükə altında deyil", - deyə R.Kərimov qeyd edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 14 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun son xeber.az cəbhədən son məlumat metbuat