MİQ-in müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat başlanılır.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsində uğur qazanmayan namizədlər bu gün saat 17:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər.
Apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat 30 avqust saat 11:00-da başa çatacaq.
Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, həmçinin müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
Onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR