"Mir" ödəniş sistemindən daha bir ölkə İMTİNA ETDİ
Şri-Lanka bankları mümkün sanksiyalara görə Rusiyanın "Mir" ödəniş sisteminin kartlarını qəbul etməyəcək.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Şri-Lanka Mərkəzi Bankı məlumat yayıb.
"ABŞ-ın "Mir" ödəniş sisteminə qarşı sanksiyaları ilə əlaqədar Mərkəzi Bank hazırkı mərhələdə bu kartların bank sistemində istifadəsi ilə bağlı sorğuya müsbət cavab verməyəcək", – tənzimləyici bildirib.
Sentyabrın əvvəlinə olan məlumata görə, Mir kartları 11 ölkədə, Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanda qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin iki bankı, "İsbank" və "DenizBank" ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin xəbərdarlığı ilə əlaqədar "Mir" kartlarının qəbulunu dayandırıb.
Qeyd edək ki, "Mir" ödəniş kart sistemini 2015-ci ildə Rusiya təsis edib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü