Mirqiyas Sarıyev: Fermerlik yaradıcılıqdır

Mirqiyas Sarıyev: Fermerlik yaradıcılıqdırMirqiyas Sarıyev: Fermerlik yaradıcılıqdır
"Fermerlik yaradıcılıqdır. Hər tarlanın, sahibkarın bu yolda özəl hekayəsi var..."" 
Ölkənin davamlı və dayanıqlı inkişafına nail olmaq üçün kənd təsərrüfatı məhsullarına olan ehtiyacda xarici amillərdən asılılığın aradan qaldırılması önəmlidir. Yerli məhsulların həm daxili, həm də qismən xarici bazarları təmin edə bilməsi üçün bizə babalarımızdan miras qalan məhsuldar torpaqlardan səmərəli istifadə edərək nail ola bilərik.
Bu səbəbdən azərbaycanlı gənc olaraq öz töhfəmi vermək üçün İmişli rayonunda pambıqçılıqla məşğul olmaq qərarına gəldim. Sahənin öncül mütəxəssislərinin illərə söykənən təcrübələrindən yararlanaraq, 300 ha ərazidən mövsüm sonuna 500 ton məhsul toplamağı proqnozlaşdırırıq.
Niyə məhz pambıqçılıq? Çünki bu əməktutumlu və yüksək gəlirli istehsal sahəsi olmaqla yanaşı, həm də ölkədə yüngül sənayenin inkişafına ciddi təkan verə biləcək sektordur. Əgər bu gün mən Sarıyev Mirqiyas "Hələ 27 yaşım var, əkinçiliklə babalar məşğul olar"" prinsipi ilə yanaşıb, ölkəmizin sosial və iqtisadi inkişafında bu bitkinin zaman-zaman daşıdığı xüsusi əhəmiyyəti unutsam, əminəm, övlad və nəvələrim də eyni prinsiplə yanaşacaq.
Unutmayaq ki, pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində də xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab edilir. Bir sözlə, həm xalqına, millətinə faydalı vətəndaş olub, həm də özünü bir sahibkar kimi təsdiqləmək istəyənlər üçün pambıqçılıq geniş üfüqlər açır.
Mirqiyas Sarıyev: Fermerlik yaradıcılıqdırZəngin ənənələrə malik pambıqçılıq məhz ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə ölkəmizin aqrar sektorunda ən aparıcı sahələrdən birinə çevrilmişdi. Belə ki,1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton oldu.
1969-cu ildə pambıqçılıqdan 150 milyon manat gəlir götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdırıldı. O zaman təkcə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdı.
1970-1976-cı illərdə  pambıqdan 2 milyard manat gəlir əldə edilmişdi.1969-1981-ci illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıqdan əldə olunan gəlir formalaşdırırdı.
Mirqiyas Sarıyev: Fermerlik yaradıcılıqdırPrezident İlham Əliyevin yeni iqtisadi mərhələdə qarşıya qoyduğu ümdə vəzifələrdən biri də pambıqçılığın inkişaf etdirilməsidir. Bu məqsədlə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, pambığın tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub.
Həmçinin "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi (14 iyul 2010-cu il), "Pambıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" (3 mart 2011-ci il), həmçinin aqrar sahənin və pambıqçılığın inkişafı ilə bağlı dövlətimizin rəhbərinin imzaladığı Fərman və sərəncamlar bu sahənin davamlı inkişaf etdirilməsinə ciddi təkan verib.
Ölkə başçısının "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 2017-ci il 13 iyul tarixli Sərəncamı sözügedən sahənin prioritetliyini bir daha təsdiqləyib.
Qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə respublika üzrə pambığın əkin sahəsi 132.5 min ha, məhsul istehsalı 233.6 min ton, orta məhsuldarlıq isə17.6 s/ha-ya çatdırılıb. Cari ildə ölkə üzrə 250 min tondan artıq pambıq istehsalı gözlənilir. Növbəti illərdə isə bu rəqəmin 500 min ton olması proqnozlaşdırılır.
101.az

Sosial       Tarix: 07 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az ensonxeberler cəbhədən son xəbər valyuta məzənnələri